Yay tətilini bir adada keçirmək bir çox insanın arzusudur. Daha çox gənc cütlüklərin istəyi olan ada istirahəti olduqca bahalıdır. Dünyanın müxftəlif yerlərində istirahət üçün olduqca gözəl və əsrarəngiz adalar mövcuddur. Lakin bu adalarda istirahət o qədər də ucuz başa gəlmir.
Musavat.com dünyanın ən bahalı adalarını təqdim edir.
Vadigi adası
Sakit Okeanda yerləşən Vadigi adası özəl bir mülkiyyətdir. Eyni vaxta 6 nəfərin qala biləcəyi adanın bir gecəlik qiyməti 7 min dollara başa gəlir. Adada müştərilərə özəl xidmətçilər də var.
Sattelite adası
Avstraliyanın cənubunda yerləşən Sattelite adası da olduqca məşhur və bahalıdır. Bu adada bir gecə qalmaq üçün 4 min dollar gərəkdir. Əlavə olaraq onu da bildirək ki, bu adanın sahilində ən dadlı dəniz məhsullarını dadmaq mümkündür.
Thanda adası
Hind Okeanının sahillərində yerləşən Thanda adasının isə bir gecəlik qiyməti 10 min dollardır. Bu adanın xüsusi özəlliyi onun lüks şəraitinin olmasıdır. Adanın komfortu olduqca üst səviyyədədir.
Seyşeller adası
Şərqi Afrikada yerləşən Seyşeller adası 62 hektarlıq bir ərazini əhatə edir. Eyni vaxtda istirahət üçün 12 nəfəri qəbul edən ada olduqca bahalıdır. Bir gecənin qiyməti 26 min dollara başa gəlir.
“Musha Cay”
ABŞ-ın cənubunda Bahamalarda yerləşən “Musha Cay”da bahalı adalardan sayılır. 150 hektarlıq bu adada 24 nəfər eyni vaxtda istirahət edə bilər. Adada bir gün dincəlməyin qiyməti 39 min dollardır. Adada lüks otaqlar, tenis zalı, hovuzlar, film izləmək üçün kino zalları və s. bir çox komfort şərait yaradılıb.
Vela adası
Maldivdə yerləşən dünyaca məşhur olan Vela adasının qiyməti sözün əsl mənasında insanı şoka sala bilər. Bir gecəlik xərci 2 milyon dollar olan bu adada eyni vaxtda 80 nəfər istirahət edə bilər. Adanın sahib olduğu özəlliyi isə onun qolf sahələrinin və göz qamaşdıran sahilinin olmasıdır. Qeyd edək ki, bu, dünyanın ən bahalı adasıdır.
Voavah adası
Maldivdə yerləşən Voavah adası da olduqca lüks bir istirahət mərkəzi sayılır. Adanın özəl təyyarəsinin olması da onu xüsusi məkana çevirir. Eyni vaxtda 22 nəfər qonağı qəbul edə bilən adada bir gecənin qiyməti 47 min dollardır.
Turan Oruc,
Musavat.com
araz.az xəbər portalı.