1528062308_bas-mcmi.jpg

Elə, araz.az xəbər portalı redaksiyasına daxil olan bir məktub da, əsasən bu barədədir. Elmira Məmmədova, Rövşən Qasımov və Natəvan Mehdiyevanın imzaladıqları şikayət xarakterli həmin məktubda ümumən o vurğulanır ki, Azərbaycan Vəkillər Kollegiyası, respublika Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə iş birliyinə girib, insan taleyinin oyunçu kimi, onların başlarına oyun açmaqda BMCMİ-yə yardımçı olmuşdur:

“Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci madələri ilə təqsirləndirilməyizə dair, BMCMİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Baba oğlu Babazadə tərəfindən tərtib edilmiş 14 fevral 2018-ci il tarixli İttiham Aktı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən təsdiq edildikdən sonra, baxılması üçün, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Elə, həmin məhkəmədən bizə hazırlıq iclasının keçiriləcəyi barədə müvafiq xəbərdarlıq məktubu gəldikdən sonra, xəbər tutduq ki, barəmizdə belə bir cinayət işi mövcuddur. Məhz bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydalara uyğun olaraq, məhkəməyə rəsmi qaydada müraciət edib, iş materiallarından vacib sənədlərin surətlərini çıxardıq. Bu zaman bizə o da məlum oldu ki, guya, dövlət hesabına təyin edilmiş vəkillər – Bakı şəhər 16 saylı Hüquq Məsləhətxanasının vəkilləri İsa Musa oğlu Əliyev və Səyyad Əlmirzə oğlu Nurəliyev, habelə Bakı şəhər 5 saylı Hüquq Məsləhətxanasının vəkili Oktay Məmmədoviç Əliyev 7 iyul 2017-ci il tarixindən başlayaraq, 23 yanvar 2018-ci il tarixinədək, bütün istintaq hərəkətləri aparıldığı müddətdə hüquqlarımızın müdafiəçiləri qismində iştirak ediblər. Əslində isə, heç bir istintaq hərəkətlərində faktiki cəhətdən nəinki biz, hətta yuxarıda adlarını çəkdiyimiz vəkillərin biri belə iştirak etməmişik. Biz özümüz həmin vəkillərin üzlərini bir dəfə də olsun görməmişik. Səyyad Nurəliyevlə və İsa Əliyevlə əlaqə saxladıqdan sonra, bizə məlum olub ki, BMCMİ ilə Vəkillər Kollegiyası arasında olan hansısa şıfahi razılaşmaya əsasən, şübhəli və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmiş vətəndaşlarla bağlı, bir çox istintaq hərəkətləri ilə əlaqədar sənədlər tərtib edildikdən sonra, Kollegiyanın bu işə təhkim edilmiş bəzi vəkilləri sonda müdafiəçi qismində həmin sənədləri imzalayırlar.

Əlbəttə ki, burada həm BMCMİ-nin, həm də vəkillərin müəyyən maraqları var. Müstəntiqlər bir yana, vəkillər, saat hesabı alacaqları pul vəsaitləri ilə bağlı, maraqlarının təmin edilməsi üçün, daha çox ortada olurlar. Beləcə, haqqında cinayət işi açılmış hər kəsi, belə biabırçı vəkil hərəkətləri, bizim kimi darda qoyub, çıxılmaz duruma, mürəkkəb oyuna salır.
Biz, həmin vəkillər barəsində iltizam tədbirlərinin seçilməsi üçün, ərizə və ərizəyə əlavə edilmiş sübutlarla Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət də etmişik. Maraqlısı odur ki, üstündən xeyli keçməsinə baxmayaraq, indiyədək Kollegiyadan bizə bir cavab da verilməyib. Təəssüflər olsun ki, Vəkillər Kollegiyasının yeni təyin edilmiş sədri Anar Bağırov da, bizi bu ciddi məsələ ilə bağlı qəbul etmək istəmir. Belə çıxır ki, polis və prokurorluq orqanları bir yana, heç insan hüquqlarının daha çox müdafiəçisi kimi tanıdığımız Vəkillər Kollegiyasını belə, bu sarıdan artıq nəsə maraqlandırmır. Kollegiyada “Vətəndaşların ərizə müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə zidd hərəkətlər edildiyindən, məcbur olub, Bakı 2 saylı İnzibati-İqtisad Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişik. Haqqımızin müdafiəsi üçün Ulu Tanrıya üz tutur, bu məhkəmədə həqiqətin təntənəsini gözləyirik!”.
Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

[bt_youtube url=”https://youtu.be/MjKfmOFqyfA” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.