1 1Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin  Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, sentyabrın 15-də bu ölkədə yaşayan həmvətənlərimiz Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar, dövlətimizə dəstək nümayiş etdirmək və şəhidlərimizin xatirəsini yad etmək məqsədilə, ölkəmizin Moldovadakı Səfirliyinə toplaşıb. Həmin məlumatda bildirilir ki, bu görüşdə, Moldova parlamentində hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, Moldova — Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Vitaliy Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icma nümayəndələri, gənclər iştirak edib.
 1 4
        Bu tədbirdə, ilk öncə, görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Səfirliyin önündə şəhidlərimizin xatirəsinə həsr edilmiş guşə önünə gül dəstələri düzülüb. Sonra deputat V. Jakot çıxış edərək, şəhidlərin ailələrinə bağsağlığı ifadə edib, guşədə foto-şəkilləri əks olunmuş gənclərin itkisinə görə, dərin təəssüf hissi keçirdiyini, habelə Moldova xalqının bu kədəri xalqımızla bölüşdüyünü bildirib. Deputat bu cür insan tələfatına səbəb olan təxribatların bir daha təkrarlanmayacağına ümidvar olduğunu dilə gətirib. Səfir Qüdsi Osmanov isə, öz çıxışında, əvvəlcə, Ermənistanın növbəti hərbi təxribatında canından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki, Azərbaycan hər zaman regionda sülhə dəstək verən ölkə olaraq, qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətlərin normalaşması təşəbbüsü ilə çıxış edib. O, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, hazırda bölgədə sabitlik və inkişafa yönəlmiş genişmiqyaslı yenidənqurma layihələrinin həyata keçirildiyini, bu xüsusda ərazilərimizdə hər hansı insidentin baş verməsinin ölkəmizin marağında olmadığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Ermənistanın davamlı hərbi təxribatlara əl ataraq, sülh danışıqlarını pozmağa və gərginlik coğrafiyasını genişləndirməyə çalışdığını qeyd edən səfir, “Dəmir Yumruq” reallığını xatırladaraq, soydaşlarımızın ölkəmizin başçısı və xalqımız ətrafında sıx birləşməsini alqışlayıb.1 6
        Daha sonra, görüşdə çıxış edən Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov qeyd edib ki, hər zaman olduğu kimi, bu günlərdə də, Moldovadakı soydaşlarımız doğma Vətənin, düşmənə layiqincə cavab verən hərbçilərimizin yanındadır və Prezident İlham Əliyevin sülhə hədəflənən uzaqgörən siyasətini birmənalı dəstəkləyir. Sədr, sözügedən hərbi təxribatla bağlı, ötən gün MAK-ın Müraciətinin də hazırlanaraq, paytaxt Kişineuda yerləşən beynəlxalq və regional təşkilatların ofislərinə təqdim edildiyini vurğulayıb.1 5
        Bundan sonra, görüşdə Moldovada yaşayan azərbaycanlı fəallar Maarif Rəhimov, Yasin Seyidov və digərləri vətənpərvər çıxışlar edərək, görüşdə iştirak edən gəncləri ölkəmizin haqlı mövqeyi ilə bağlı məlumatlandırıblar.
        Səfirlik məlumatının sonunda o da qeyd olunur ki, bu tədbir, həm də Moldova KİV-ində rumın və rus dillərində geniş işıqlandırılıb.1 7
araz.az xəbər portalı.

araz.az xəbər portalı.