64720.jpg

Mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışının olması Azərbaycan üçün ən əhəmiyyətli hadisələrdən biri sayılır. Azərbaycanın Avropa ilə əlaqələrinin bundan sonra daha da intesivləşəcəyi, müsbətə doğru ciddi dəyişiklərin olacağına ümidlər çoxdur.

Amma bununla belə, “Cənub Qaz Dəhlizi”nin açılışından sonra Amerika başda olmaqla, Qərb ölkələrinin rəsmi Bakıya münasibətlərində insan haqları və digər bu kimi məsələlərin arxa plana keçəcəyi barədə düşüncələr də var. Qərb dünyasının Azərbaycanla əlaqələri daim müsbət yöndə saxlamaqda maraqlı olacağı bildirilir. Əslində dəhlizin açılışından sonra Amerikadan gələn rəsmi mövqelər də bunu deməyə əsas verir.

AMİP Siyasi Şuasının üzvü Əli Orucovun bununla bağlı “moderator.az” bildirib: “Məlum olduğu kimi Cənub Qaz Dəhlizi Bakı-Tbilisi-Ərzurum xəttinin genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərini və Avropada TAP qaz kəmərini həyata keçirmək üzrə layihədir. “Şahdəniz” Mərhələ 2 çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Layihədə 11 böyük şirkət istirak edir ki, onların əksəriyyəti Avropa şirkətləridir. Avropanın enerji təhlükəsizliyində az da olsa müəyyən rol oynaya biləcək. Lakin bu Rusiyadan asılılığın aradan qaldırılmasına ciddi təsir göstərməyəcək. Layihə Azərbaycana qismən iqtisadi devidentlər qazandırsa da, siyasi üstünlük qazandırmayacaq. Xüsusən də, ciddi problemlərin həllinə köməyinin dəyəcəyini düşünmürəm. Əgər xatırlayırsınızsa, neft kontraktları bağlanılanda və BTC boru xətti çəkiləndə də iqtidar təbliğatı Azərbaycanın beynəlxalq mövqeyinin güclənəcəyini və Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyini bəyan edirdi. Xalqın rıhfah halının yüksələcəyi, iqtisadiyyatın inkişaf edəcəyi, ölkənin çiçəklənəcəyi vədləri verilirdi. Amma bunların əvəzində səfalət, infilyasiya, dağıdılımış iqtisadiyyat, neftdən asılılıq, sərt idarəetmə forması, təcavüzün davamı və s. problemlər qazanıldı. İnsan hüquq və azadlıqları və demokratik dəyərlərə görə beynəlxalq təpkilərlə üzləşdi. Xalq, dövlət deyil, neft gəlirlərindən bir qrup elita hədsiz dərəcədə varlandı. Ona görə də mən hesab etmirəm ki, Azərbaycan xalqı Cənub Qaz Dəhlizindən, qazın dünya bazarına çıxarılan gəlirlərindən faydalanacaq. Bu gəlirdən də xalq məhrum ediləcək. Qərb üçün heç vaxt demokratiya prioritet dəyər olmayıb. Qərb üçün ilk növbədə onun iqtisadi, strateji və biznes maraqları öndə olub.  Fərqi yoxdu,r bu maraqları hakimiyyətlər necə təmin edir və idarəçilik hansı formada həyata keçirilir. İraqda Səddam Hüseyn Liviyada Qəddafi, Misirdə Mübarək Qərbin ən yaxın dostları olublar. Yaxud da, mütləq monarxiyaların olduğu Körfəz ölkələri Qərbin ən yaxın müttəfiqləri və dostlarıdır. Əksinə Qərb iqtisadi maraqlarını təmin etdiyi ölkələrdə, xüsusən də karbohidrogen və    qaz-kondensat yataqlarına sahib ölkələrdə şəffaflığın və hesabatlılığın olmasında həvəsli deyil.  Qərb üçün demokratiya məqsəd deyil, hakimiyyətlərə təzyiq göstərərək daha çox güzəştlər əldə etmək üçün bir vasitədir. Və Qərb demokratiyası saxta və ikiüzlüdür.

Azərbaycanda siyasi institutların və vətəndaş cəmiyyətinin, eləcə də seçki sisteminin bu günki bərbad hala salınması məhz Qərblə Azərbaycan iqtidarının birgə fəaliyyətlərinin məhsuludur. Azərbaycanla bağlı korrupsiya qalmaqalları korrupsiyanın Qərbin ən mötəbər qurumlarına və tanınmış siyasilərinə nüfuz etməsi acı təəssüf doğurdu və insanlarlarda demokratiyaya olan ümid və inamlarını zədələdi. Bütün sövdələşmələr və kontraktlar xalqın, onun taleyüklü problemlərinin deyil, iqtidarın sürdürülməsinə uyğunlaşdırıldı. Azərbaycan xalıqının demokratiyanın Qərbdən ixracına ehtiyac yoxdur. Bizdə bu dəyərlər Qərbdən qabaq yaranıb. AXC dövründə qadınlara seçki hüququ veriləndə Avropada qadınlar bu hüquqa illər sonra sahiblənə bildi.  İlk demokratik əsaslarla qurulan Cümhuriyyət də Azərbaycan xalqının iradəsinin təcəssümüdür. Ona görə də mən hesab edirəm ki, özümüz oz irsimizi və ənənələrimizə sahib çıxmalıyıq. Baxmayaraq ki, bu nə qədər çətin olsa da. Əgər biz milli iradə ortaya qoya bilsək və mütərəqqi beynəlxaql içtimaiyyətlə və qüvvələrlə əmkdaşlığımız gücləndirə bilsək Qərbin Azərbaycan hakimiyyəti ilə xaqın maraqlarına xidmət etməyən anlaşmalarını və razılaşmalarını poza bilərik. O zaman həm həyata keçirilən transmilli layihələrin, həm ölkənin sərvətlərinin Azərbaycan dövlətinə və xaqlqına xeyri dəyə bilər.

araz.az xəbər portalı.