Kənd təsərrüfatı ixtisaslarını seçən abituriyentlərə 200 manat təqaüd veriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.
Cebhe.info-nun xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
O, abituriyentləti aqrar təhsili seçməyə çağırıb: “Aqrar təhsili seçin, kənd təsərrüfatımızın tərəqqisinə öz töhfənizi verin!”
Xatirə
Cebhe.info
araz.az xəbər portalı.