dz682018-01.jpeg

Özünün ən yaxşı cəhətini bilmək, istedadının nədə daha üstün olduğunu vaxtında müəyyənləşdirmək insanın həyatda uğur qazanması üçün vacib şərtlərdəndir. İnsan öz təbiətinə qarşı zor işlədərsə, ürəyinə yatmadığı işdə qazandığı asan qələbə də qısa müddətli olar, müəyyən vaxt keçdikdən sonra ümidləri boşa çıxar. Haqqında söz açacağım Ramin Kazımov hərtərəfli inkişaf etmiş şəxsiyyət, geniş dünyagörüşə malik insan olaraq digər qabiliyyətlərini unutmadan, məharətlərindən ən yaxşısını inkişaf etdirmiş, özünü idman sahəsində tapmış və təsdiqləmişdir. Hazırda bir idmançı kimi Azərbaycanın şərəfini ucaltmaqda, təlimatçı kimi gənc idmançıların hazırlanması işinə töhfə verməkdədir.

Kazımov Ramin Əli oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Sabunçu rayonundakı 155-saylı orta məktəbdə təhsil alıb. Dərslərini yaxşı oxusa da, ingilis dilinə xüsusi maraq göstərsə də, idmana ayrıca məhəbbəti vardı. Çox enerjili uşaq idi. 13 yaşı olanda cüdo ilə mütəmadi məşğul olmağa başlayan Ramin xəyallarını ancaq məşhur idmançı olmaq üzərində qururdu, nəyin bahasına olursa-olsun, buna nail olacağını deyirdi.

Paytaxtın Nərimanov rayonunda yerləşən «Təhsil» İdman Kompleksində məşğul olduğu ilk vaxtlar məşqçisи Məmmədov Bəxtiyar müəllim idi. İbtidai idman hərəkətlərinin, fəndlərin öyrədilməsində, cüdonun sirlərinə yiyələnməkdə, idmançı kimi yetişməsində Bəxtiyar müəllimin az zəhməti olmayıb.

Ramin cüdo idman növündə ilk uğuruna 1999-cu ildə imza atır. Məşğul olduğu idman mərkəzində keçirilən Ümumrespublika turnirində yarışda 3-cü yerə çıxır, diplom və medala layiq görülür. O vaxtdan uğurlarının ardı gəlməyə başlayır. Ramin dəfələrlə fəxri kürsüyə qalxır.

Orta məktəb illərində Ramin bir çox yarış və turnirlərin qalibi olur ki, bu da onun idmana olan həvəsini və sevgisini birə min artırır. Əsgərlik illərində Milli Ordunun kəşfiyyat bölüyündə xidmət edir ki, bu cür xidmətə də bildiyimiz kimi, idmançı gənclər seçilir. Hərbi xidmətini başa vurduqdan sonra o, yenə idmanla məşğul olmağa davam edir. İdman növünü dəyişir, kombat ciu-citsu növünə gəlir. Müəyyən səbəblərdən bəzən fasilələr etsə də, o, idmanda ən yüksək zirvələri fəth etməyi həm arzulayır, həm də o zirvələrə qalxmaq üçün çox gərgin əmək sərf edirdi.

[bt_slider uid=”1528456912-5b1a66d047af4″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/dz682018-15.jpeg” title=”dz682018-15.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-13.jpeg” title=”dz682018-13.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-12.jpeg” title=”dz682018-12.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-14.jpeg” title=”dz682018-14.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-11.jpeg” title=”dz682018-11.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-10.jpeg” title=”dz682018-10.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-08.jpeg” title=”dz682018-08.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-09.jpeg” title=”dz682018-09.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-06.jpeg” title=”dz682018-06.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-05.jpeg” title=”dz682018-05.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-04.jpeg” title=”dz682018-04.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-07.jpeg” title=”dz682018-07.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-02.jpeg” title=”dz682018-02.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/dz682018-03.jpeg” title=”dz682018-03.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

Ramin Kazımov artıq bir neçə beynəlxalq yarışın qalibi kimi tanınır. Ali təhsillidir. Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təlimatçılar komitəsinin üzvüdür. 2-ci dan qara kəmər sahibidir. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində kombat ciu-citsu bölməsində Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Rəsul Məmmədovun rəhbərliyi altında məşq edir.

Dəfələrlə kombat ciu-citsu üzrə respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı olan Ramin, 2016-cı ildə kombat ciu-citsu üzrə Bakıda keçirilən Dünya kubokunda 3-cü yerə layiq görülüb, 2017-ci ildə Avrasiya Çempionatının qalibi olur, bu il aprelin 26-da isə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Kempo (Şərq əlbəyaxa döyüş növü) üzrə dünya çempionatında iştirak edərək , yarışmanın gümüş mükafatını əldə edib. Ramin ilk qarşılaşmada fransız rəqiblə üz-üzə gəlib. Döyüş Raminin qələbəsi ilə nəticələnib. Ardınca Əlcəzair təmsilçisi ilə qarşılaşaraq ona da qalib gəlib. Sonra macar idmançını da tam üstünlüklə məğlub edib. Final görüşündə rus idmançısı ilə gücünü sınamalı olur. Ramin xal üstünlüyü ilə öndə olduğu vaxt ayağından uğursuzcasına zədə alır və bu səbəbdən döyüş rus idmançının qələbəsi ilə bitir. Ramin Macarıstandakı çempionatdan kempo (full versiyası) üzrə dünya ikincisi kimi, kempo (submission versiyası) üzrə 3-cü yerin qalibi kimi qayıdır.

Hazırda Ramin yenə də Türkiyədə keçiriləcək kombat ciu-citsu üzrə Balkan ölkələrinin çempionatına və oktyabr ayında Çexiyada keçiriləcək Dünya çempionatına gərgin hazırlaşır. Hər iki yarışdan qalibiyyətlə geri dönməyi qarşısına məqsəd qoyub.

Belə bir fikir var ki, böyük fiziki güc tətbiqi tələb edən Şərq əlbəyaxa döyüş növlərinin idman ömrü az olur. İnanırıq ki, hələlik böyük arena ilə vidalaşmağa tələsməyən, gənclik təravətini uzun müddət qoruyub saxalamağa israrlı olan Ramin Kazımov növbəti qələbələrini qazanmaqla azarkeşlərini sevindirəcək və biz qələm adamları üçün daha bir maraqlı yazı mövzusu verəcəkdir.

Nüşabə Əhməd

araz.az xəbər portalı.