yuxarestoran.jpg

Binəqədi rayonu, “Elit” ticarət mərkəzinin arxasında yerləşən“Yuxa” restoranında baş verən hadisə haqda 365info.org saytına ilginc məlumat daxil olub.

Bir müddət əvvəl ölkə mətbuatında el arasında bu restoranın guya millət vəkili Qənirə Paşayevaya məxsus olması haqda məlumat getmişdir. Ancaq apardığımız araşdırmalara görə bu restoran əslən Tovuz rayonundan olan Azər adlı şəxsin adına rəsmiləşdirilib.

365info.org saytına daxil olan məlumata görə “Yuxa” restoranına yığışanlar əsasən əvvəllər hüquq mühafizə orqanlarında çalışan , sonra isə ordan qovulan şəxslərdir.

Daxil olan məlumatda həmçinin bildirilir ki,vaxtı ilə həmin adamlar keçmiş MTN generalı Akif Çovdarovla dostluq münasibətləri quraraq bir çox iş adamlarına işgəncə verilməsinə nail olmuşdular.

Ancaq Çovdarov həbs olunandan sonra həmin şəxslər xarici kəşfiyyat orqanları ilə əməkdaşlığa başlayıblar. Demək olar ki, xarici kəşfiyyat orqanlarının Azərbaycanda bir nömrəli rezidenti, əslən Tovuz rayonundan olan “Peykan” ləqəbli Teymur adlı şəxsdir.

Xatırladaq ki,keçən yazılarımızın birində biz “Peykan” haqda məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, Peykan “Putinin dostu” kimi tanınan iş adamı İlham Rəhimovun sağ əli sayılır və Rusiyada ,büdcədən ayrılan pulları dağıtmaqla məşğuldur. “365info saytına daxil olan məlumata görə Peykan Rusiyada bir qrup məmurların vasitəsi ilə, izi itirmək üçün hesabdan-hesaba keçən dövlət büdcəsinin pullarını sələmlə Azərbaycanlı iş adamlarına verir. Əldə edilən məlumata görə Peykan Ukraynadan Rusiya ərazisinə daxil olan tranzit yüklərin keçməsinə də nəzarət edir. Bir sözlə Ukrayna Rusiya ilə müharibə şəraitində olmasından Peykan yaxşı qazanc əldə edir. İndi də Azərbaycanın bəzi işbazları gedib çıxıb Peykanın yanına və onunla ,ruslar demişkən “krupnı işlər” görmək istəyirlər”, -yazıda bildirilir.

Daxil olan yeni məlumatda isə bildirilir ki,“Yuxa” restoranı Peykan tərəfindən xarici kəşfiyyət orqanlarının əməkdaşları ilə məxfi görüş yerinə çevirilib.

Əldə etdiyimiz məlumata görə “Yuxa” restoranında Peykanın başına əsas yığışanlar vaxtı ilə yüksək ranqlı vəzifə tutan məmurlar, böyük şirkət rəhbərləri və bu günləri hökumətdən narazı olan bir qrup şəxslərdir. Onların arasında hətta hazırda sərəncamda olan bir neçə general da var.

Deyilənə görə restoranda hər bir kabinetdə dinləyici qurğular quraşdırılıb və müştərilər Peykanın dəstəsi tərəfindən gizli dinlənilir.

Əldə edilən informasiyaya görə bu şəxslərin missiyası dövlətə qarşı yönələn addımlar atmaqdan ibarətdir.

Biz bir mətbu orqan olaraq bu barədə məlumat verdik, tədbir görmək isə hüquq mühafizə orqanlarının öhdəsinə düşür.

Məmməd Uğursevənlər

365info.org

araz.az xəbər portalı.