1515673403_gomruk.jpg

DGK-ya yeni sədr təyin olunandan sonra gömrükdə kadr islahatlarına start verildi, bir çox generallar və polkovniklər sərəncama götürüldü. Onların arasında ümumiyyətlə gömrükdən xaric olunanlar da az olmadı.

Aparılan bu islahatlar ictimaiyyətdə maraq doğurduğu üçün ölkə mətbuatı bu istiqamətdə araşdırmalara başlayıb.

Bu yaxınlarda 365info.org saytının e-mail poçtuna “ASMET LTD” MMC şirkəti ilə bağlı çox maraqlı məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, bir gömrük generalına görə bu şirkətin idxal və ixrac etdiyi malların invoysları azaldılıb və bununla da şirkət 20 milyon dollar məbləğində vergidən yayınıb.

Biz “ASMET LTD” MMC barəsində bu yazımızda hələ ki, qısaca məlumat veririk. Bu şirkətin hansı malların idxal və ixrac etdiyi barədə sensasion məlumatları yaxın vaxtlarda oxucularımıza təqdim edəcəyik. Sadəcə olaraq indi onu bildirək ki, əldə etdiyimiz son məlumata görə keçən il bu MMC-nin idxal və ixrac əməliyyatları DGK rəhbərliyində şübhə yaratdığı üçün şirkətin apardığı əməliyyatlarla bağlı materiallar toplanaraq araşdırılması üçün DGK-nin istintaq idarəsinə verilmişdir.

Ancaq nədənsə hansısa qüvvələr və əsas da bəzi gömrük generalları “ASMET LTD” MMC şirkətinin əməllərinə göz yumub özlərini görməməzliyə vurmuşdular.

Araşdırmamız davam edir, bizi izləyin.

Namiq Nərimanoğlu

365info.org

araz.az xəbər portalı.