Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) “Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak edib.
Konfransdakı çıxışında Ermənistanın işğal etdiyi torpaqlarımızı azad etmək istiqamətində heç bir addım atmaq niyyətində olmadığını bildirən millət vəkili işğalçıya qarşı dünyanın hər yerində təbliğat baxımından mübarizə aparmağın vacibliyini qeyd edib.
“Suriyadan işğal olunmuş ərazilərimizə ermənilərin köçürülməsinin Dağlıq Qarabağ münaqişənin həllinə, beynəlxalq təşkilatların prinsip və qətnamələrinə zidd olmasını beynəlxalq ictimaiyyətə daha geniş yaymalıyıq. Çünki Ermənistan işğal etdiyi torpaqlarımızda etnik təmizləmə siyasəti apardıqdan sonra Dağlıq Qarabağa və özəlliklə oradakı strateji nöqtələrə ermənilərin süni köçürülməsini daha da geniş davam etdirir”.
Q.Paşayeva bildirib ki, Ermənistan işğal etdiyi torpaqlarımızda tarixi, mədəni abidələrimizi, hətta qəbiristanlıqlarımızı dağıdaraq, o bölgələrimizdən tariximizi yox etmək istəyir.
“Ona görə də virtual məkanda, sosial media və şəbəkələrdə gənclərimiz erməni yalanlarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin təbliğində daha da fəal olmalıdır, elmi platformalarda da bu mübarizəni daha genişləndirməliyik. Diaspor təşkilatlarımız, diasporumuzun hər bir üzvü yaşadığı ölkədə bu məsələlərə daha geniş diqqət ayırmalıdır. Ermənistanın separatizmə, terrorizmə verdiyi dəstək və törətdiyi cinayətləri daha geniş duyurmalıyıq”, – millət vəkili deyib.
[bt_youtube url=”https://youtu.be/D5suLrFD7C8″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.