1528460194_mnasakanyan.jpg

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən və ərazilərin qaytarılması ehtimalından danışıb.

Publika.az xəbər verir ki, nəşrin “İrəvandan Qarabağ münaqişəsinin nizamlanmasında yeni yanaşmalar gözləmək olarmı? Güzəştlər olacaqmı, xüsusilə 2016-cı ildə “aprel müharibəsi”ni xatırlayarkən…” sualına cavabında Mnasakanyan “Bizdə 2016-cı ilin “aprel müharibəsi”nin ağır amili qalır, həmçinin, danışıqların dinamikası və ATƏT-in Minsk qrupu formatı var”, – deyə cavab verib.

Mnasakanyan qeyd edib ki, onlar danışıqlar masasındakı detalları qiymətləndirirlər.

“Bizim həmsədrlər formatı çərçivəsində sülh nizamlanması kursunu davam etmək niyyətimiz var. Lakin bizim üçün əsas amil Dağlıq Qarabağ “xalqı”nın təhlükəsizliyi və Qarabağın statusudur. Biz sülh və bütün regionun təhlükəsizliyi üçün danışıqlar prosesini davam etdirmək istəyirik”, – deyə o bildirib.

araz.az xəbər portalı.