İsveç hökuməti qondarma erməni soyqırımını tanımaqdan imtina edib.
Hökumətin bu barədə mövqeyini İsveçin xarici işlər naziri Marqot Vallström açıqlayıb.
Xanım nazir bununla bağlı araşdırmaya ehtiyac olduğunu deyib.
Erməni jurnalistin “İsveç hökuməti 1915-ci ildə Osmanlı ərazilərində baş vermiş erməni və süryani soyqırımlarını qəbul edəcəkmi?”, sualına Vallströmün cavabı belə olub:
“Hazırda bu məsələ bizim üçün müzakirə mövzusu deyil. İndiki məqamda 1915-ci ildə baş vermiş hadisələri qəbul edə bilmərik. Bu, ciddi və müzakirə edilməli məsələdir. Müzakirələrdən sonra qərar verə, əgər sübut olunsa qəbul edə bilərik. Bu məsələdə müzakirə edilməli olan mübahisəli detal var”.
Qeyd edək ki, bundan əvvəl İsveçin Baş naziri Stefan Löfven hökumətin 1915-ci il hadisələrini soyqırım kimi qəbul etməyəcəyini açıqlamışdı. /ednews.net/az
araz.az xəbər portalı.