Beynəlxalq tədqiqatçılar komandası yaşı 3800-ə çatan bubon taununun törədicisinin iki genomunu təhlil edib.
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlərə görə onlar infeksiyaların əcdadları sayılan taun çöpü ştammını aşkar ediblər. Bunlar Qara ölüm, Yustinianov taunu və Çində üçüncü pandemiya taunu yaradıb.
Yersinia pestis bakteriyası Qədim dünya dövrünün, Orta Əsrlərin və Yeni dövrün öldürücü pandemiyaların səbəbi olaraq görülür. Alimlər neolit və bürünc dövrünün bəzi mikroorqanizmlərin qədim nümunələrini analiz ediblər, amma onlar üçün xarakterik virulent ştammlara, genlərə malik deyildilər. Xüsusən, onlarda yaşam üçün DNT mövcud deyil, məməlilər arasında taun çöplərinin yaşaması üçün zəruri olan vektorları (daşıyıcısı) yoxdur.
Yeni ştammlar təxminən dörd min il əvvəl bu xəstəliyin iki qurbanının dəfn olunduğu məzardan götürülmüşdür. Genetik analizin nəticələri göstərib ki, insan qalıqları Şərqi Avropanın çöl və meşə-çöl sahələrinə aid olan mədəni-tarixi birliyə məxsusdur. Onlar eyni taun çöpü ştammından həlak olub.
Bu ilin yanvarında Oslo və Ferrare universitetindən olan tədqiqatçılar orta əsr Avropasında Qara ölüm adlanan bubon taununun pandemiyası siçovullar tərəfindən deyilən, insanlar tərəfindən yayılıb. Insanın hesabına yaşayan bitlər, birələr xəstəliyin yayılmasına səbəb olub. Bu xəstəlik Avropa və Asiyada 1347-1351 ildə 25 milyon insanı məhv edib. (bəzi yerlərdə əhalinin yarısı qırılıb)
araz.az xəbər portalı.