fazil 1

“Təsəvvür edin ki, bu qaragüruhçular, şəxsimə yönəlik ən çirkin üsullarla böhtan atmağa, yalan yarlıqlar yapışdırmağa davam etməklə kifayətlənmədilər. İnstaqram səhifəsindən oğlumun xaricdə Hellovin şənliyində dostu ilə çəkilmiş şəklini paylaşaraq, “özü Qurandan danışır, oğlu isə Hellovin şənliyində iştirak edir” başlıqlı ittiham mətnini sosial şəbəkədə yerləşdiriblər”.

QəbələPress.info-nun məlumatına görə, bunu millət vəkili Fazil Mustafa özünün feysbukdakı rəsmi profilində yazıb. Millət vəkili oğluna qarşı edilənləri çirkin kampaniya adlandırıb:

“Mən də sizlərin çoxu kimi, öz millətinə və dininə bağlı və cəhalətdən uzaq bir övlad yetişdirdiyimə görə Allahımdan çox razıyam. Bu qaragüruhçu zehniyyət anlamır ki, başqa mədəniyyətlərə, kültürlərə sayğılı yanaşma düşüncəsini də ona şəxsən özüm aşılamışam. Bunlar ifşa olunduqca, yeniyetmə uşaqları da bu çirkin kampaniyada hədəf seçməkdən utanmırlar”.

Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə millət vəkili Fazil Mustafa ilə bir qrup dindar arasında qalmaqal yaşanmaqdadır.

araz.az xəbər portalı.