Fars dili elmi dil deyil. Bu dillə elm və texnologiya haqda məlumatı dəqiq çatdırmaq mümkün deyil.
Kult.az xəbər verir ki, bu sözləri BBC-Fars telekanalına müsahibəsində Güney azərbaycanlı araşdırmaçı alim Ziya Sədrül-Əşrəfi deyib.
“Biz elm və texnologiya dövründə yaşayırıq. Fars dili dünyanın elmi dilləri, o cümlədən ingilis dili ilə heç bir şəkildə rəqabət apara bilməz. Fars dilində bu dilə aid yalnız 200 feil var. Mənim 93 ildir boğulmuş ana dilimdə isə 9 min feil var. Bu rəqəm fransız dilində 15 mindir”, – deyə o qeyd edib.
Z.Sədrül-Əşrafi türklərin ədəbi eposu kimi “Manas” dastanının dünya ədəbiyyat xəzinəsinin ən önəmli əsəri olduğunu da diqqətə çatdıraraq, İranda ana dilində təhsil məsələsinə toxunub:
“Uşaq zülmə məruz qalmasın deyə, o, əlifbanı ana dilində öyrənməlidir. Ana dilini öyrənmək insan hüququdur. Türk dili ilə birlikdə fars dilini də bir vasitə və ortaq dil kimi öyrənmək olar”, – deyə o vurğulayıb.
araz.az xəbər portalı.