Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb.
Araz.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Salatın Əsgərova küçəsində “Malibu Rezidens” şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.
Tapıntıların qədim dövrlərə aid tarixi abidənin qalıqları, yeraltı yolun isə “İçərişəhər”ə və ya “Qız Qalası”na gedən gizli yol olduğu ehtimal edilir. Sonradan tikinti şirkəti qazılan ərazinin üzəri torpaqla örtrək, gizlədib.
Şahidlərin verdiyi məlumata görə, tarixi abidə müvəqqəti gizlədilsə də, sonradan tikinti işlərinin davam etdirilməsi planlaşdırılır.
Nəzərinizə çatdıraq ki, adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.
araz.az xəbər portalı.