2025-ci ildə Rusiyanın Cənubi Qafqaz ölkələrini işğal planının ikinci fazası işə düşəcək… Planın birinci fazası yaxın aylarda yekunlaşacaq. Bəs bu, özünü hansı şəkildə göstərib?
XXI əsrin Avropada ilk müharibəsini 2008-ci ildə Rusiya Gürcüstana hücum etməklə başlatdı. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi elan olundu. Rusiya bu “respublika”ları rəsmən tanıdı. 2020-ci ildə isə Azərbaycanın torpaqlarının böyük bir hissəsinin azad edilməsinə baxmayaraq, Rusiya ərazilərimizə ordu yeritdi.
Rusməramlıların ölkəmizdə fəaliyyəti pozitiv istiqamətdə proqnozlaşdırıla bilməz. Qarabağın azad edilməsi Ermənistana tarixi zərbə olsa da, 2018-ci ildən Qərb relsində hərəkət edən İrəvan hazırda yenidən Moskvanın orbitinə qayıdır. Qısası, Rusiya Cənubi Qafqazın hər üç ölkəsində – Azərbaycan, Gürcüstan və Ermənistanda ciddi mövcudluq əldə edib.
İkinci faza – Rusiyanın yeni formatda dizayn olunan imperiya quruluşuna Cənubi Qafqaz ölkələrinin daxil edilməsi üçün aktivləşəcək.
Çar Rusiyası imperiya idi, dağıldı və yerində yeni formatda başqa bir imperiya dizayn edildi – SSRİ!
SSRİ də imperiya idi, dağılandan sonra yerində fərqli imperiya modelini gördük – Rusiya Federasiyası! ( tərkibində onlarla muxtar respublika).
Rusiya Federasiyası da imperiyadır, bundan sonra isə yeni şəkil almalı olacaq. Başqa çıxış yolu yoxdur. Amma Rusiyanı Qərb -NATO dağıda bilməyəcək. İmperiyanın formal dəyişkənliyi hazırda rus dərin dövləti üçün əsas prioritetdir. Necə ki SSRİ üzərində bunu tətbiq etmişdilər.
2023-cü ildə Ərdoğanın prezident seçilməsi Azərbaycan üçün hava-su qədər əhəmiyyətlidir.
2024-cü ildə Putinin prezident seçilməsi ilə sadəcə Azərbaycana qarşı aqressiv münasibətin asta və mülayim şəkildə həyata keçirilməsini yenidən təmin ediləcək. Putin gedəsi olsa, Rusiyanın Azərbaycana qarşı aqressiyası radikal və spontan şəkil alacaq.
İstənilən halda, Azərbaycan Türkiyənin siyasi-hərbi trayektoriyasını diqqətlə izləməlidir. Türkiyənin hərbi-siyasi resurslarını Azərbaycanın müstəqilliyinin əsas təminatçısına çevirməliyik.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.