“Nar” SABAH qrupları layihəsi çərçivəsində, 1000-ə yaxın komandanın iştirak etdiyi SABAH Bilik yarışmasının təşkilinə dəstək olub. Bu barədə, “Nar”dan araz.az-a daxil olan məlumata görə, bu layihənin əsas məqsədi istedadlı tələbələrin daha da stimullaşdırılması və elmi-yaradıcı təşəbbüslərinin artırılmasına töhfə verməkdir. SABAH Bilik yarışmasında 200 komanda, məhz, “Nar”ın dəstəyi ilə keçirilmiş mühəndislik üzrə Bilik Yarışmasının iştirakçısı olub.
Məlumatda o da qeyd olunur ki, yarışmanın final mərhələsində iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov elm və təhsilin təşviqinə yönəlmiş layihələrin vacibliyini vurğulayıb: “Əminəm ki, intellektual yarışlar gənclərin gələcək inkişafında əvəzsiz rol oynayır. Məhz buna görə də, “Nar” bu cür intellektual yarışların keçirilməsinə hər zaman dəstək olur ”.
Elm və təhsilə marağın artırılması istiqamətində davamlı təşəbbüşlər edən “Nar”ın sosial layihələri ilə, nar.az/projects səhifəsində tanış ola bilərsiniz.
Ümumiyyətlə, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 3 ildə, Müştəri Loyallığı İndeksinə görə, ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq, həmişə, sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.