1641103429_269993407_405361991379671_3128237829753874283_n (1).jpg
İran — Azərbaycan münasibətlərinin xaotik şəkil aldığı bir ərəfədə — bir-neçə gün bundan öncə, Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı Azərbaycan Dövlət Televiziyasına müsahibə verdi. Onun dövlət televiziyasında görüntülənməsi ilk baxışdan cəzbedici görünsə də, məsələnin görünməyən tərəfləri daha çox diqqət doğurur. 
         Oncə qeyd edim ki, M. Çöhrəqanlı sonuncu dəfə 2006-cı ilin iyun ayında Bakıda olub. Türkiyənin təhlükəsizlik orqanları tərəfindən Azərbaycana deportasiya edilən M. Çöhrəqanlı, qısa müddət sonra, Bakı — Nyu-York təyyarə relsi ilə, ABŞ-a yola salındı. Bundan sonra, onun Azərbaycana qayıdışını təmin etmək üçün, dəfələrlə cəhdlər olub, amma heç biri nəticə əldə olunmayıb. 
    Mahmudəli Çöhrəqanlı buradan çıxarılanda, Azərbaycanla İran arasında bir razılaşma var idi. Belə ki, hər iki ölkə “bir-birinin təhlükəsizliyinə təhdid olacaq hərəkətlərə yol verməyəcəkləri barədə” öhdəliklər götürmüşdülər. Öhdəliyə əsasən, Azərbaycanda İran əlyehinə, İranda isə, Azərbaycan əleyhinə təbliğat aparılmamalı idi. M. Çöhrəqanlının fəaliyyət prinsiplərində daha çox kənar təsirlər özünü büruzə verdiyinə görə, həmin vaxt onun ölkədən çıxarılması, münasibətlərin pozulmaması üçün, Bakı tərəfindən atılan pozitiv addımlardan biri idi. 
       Amma zaman göstərdi ki, razılaşmaya baxmayaraq, fars telekanalları Azərbaycanın suverenliyini hədəfə alır, İran ölkəmiz əleyhinə çox ciddi planlar qurur, burada canlı bombalar yerləşdirir, dövlət əleyhinə formalaşdırılan ekstremist qüvvələr yaradır, ideoloji boşluqlar üzərindən ölkəmizin milli dayaqlarını hədəfə gətirir, Tehranda ermənilərə abidə qoyur, erməni dilində məktəblər açır, Ermənistana çox ciddi “siyasi-hərbi-iqtisadi yönümlü” yardımlar göstərib, özünə müttəfiq edir. Amma Cənubi Azərbaycanda yaşayan 40 milyondan çox azərbaycanlının elementar hüquqları belə tanınmır; İş o yerə çatır ki, azərbaycanlılar öz doğma dillərində yeni doğulan körpələrinə ad qoya bilmirlər! Ən əsası, Qarabağın işğaldan azad edilməsindən, paralel olaraq, İranın Qarabağdan narkotik və silah biznesinin məhv edilməsindən və Zəngəzur dəhlizininin qlobal layihə kimi ortaya çıxmasından sonra, İran Azərbaycana qarşı daha da aqressivləşdi. Yəni, bütün razılşamları pozan Azərbaycan yox, İrandır!
        Qayıdaq əsas məsələyə: Biz, İranın Azərbaycana qarşı davamlı planlar qurduğunu və məkrli niyyətini bilirdik. Bu ölkə ilə münasibətlərin pisləşəcəyi təqdirdə, İrana qarşı istifadə edə biləcəyimiz resursların yaradılmasının vacibliyini də anlayırdıq. O zaman sual olunur: “Azərbaycan bu illər ərzində İrana qarşı niyə əlavə resurslar formalaşdıra bilməyib? Cənubi Azərbaycan ideoloji xətti üzərindən M. Çöhrəqanlının sırf Azərbaycan Respublikasına bağlı olan alternativlərini niyə yarada bilmədik?”. 
FB_IMG_1667906632126.jpg
        Ümumiyyətlə, Cənubi Azərbaycan məsələsi ortaya çıxan zaman bu alternativlər dərhal işə salınmalı idi ki, 20 ilə yaxındır ABŞ-da yaşayan Çöhrəqanlı İran əleyhinə alternativsiz resurs kimi ortayta çıxmasın. Başa düşürük, “ilanın yarpızdan zəhləsi necə gedirsə”, İranın da Çöhrəqanlıdan eyni dərəcədə xoşu gəlmir. Amma, bu, daha çox qıcıqlandırıcı effekt verir. 
        Diqqət ediriksə, açıq-aydın görürük ki, İran əslən azərbaycanlı olan şəxslərdən həm öz ölkəsində, həm də müxtəlif ölkələrdə Azərbaycan əleyhinə dini-siyasi bloklar yaradıb. Onlar davamlı şəkildə Azərbaycan əleyhinə fikirlər səsləndirir, dini dövlət quracaqlarını bəyan edirlər. Bəs, biz, İran molla-fars rejiminə, oradakı teokratik sistemə düşmən kəsilən neçə farsı, kürdü, azərbaycanlını birləşdirib, sistemli şəkildə ortaya çıxara bilmişik?! 
       Qısası, Azərbaycan M. Çöhrəqanlının yenidən ortaya atılmasına ehtiyac duymamalı idi. Cənubi Azərbaycan kartı üzərindən daha ciddi liderlər formalaşdırmağı qarşımıza əsas prioritetlərdən biri kimi qoymalı idik. Onu 
xüsusilə qeyd etmək istəyirəm ki, mən, M. Çöhrəqanlının dövlət televiziyasında İran əleyhinə danışmasının əleyhinə deyiləm. Amma İrana qarşı mübarizənin metodologiyasını, üsullarını dəyişməli, bütün sahlər üzrə resurslar formalaşdırmalıydıq.
          Bəs, niyə, bunu edə, bacara bilmədik?! Çünki 20 il ərzində hökumət nümayəndələri dövlət büdcəsini talamaqla məşğul oldular, milyardlarla vəsaitləri özlərinə, qohumlarına, ailə üzvlərinə xərclədilər, biznes imperiyaları qurdular. İdeologiya, milli məsələlər isə, tamamilə yaddan çıxdı! Ona görə də, illərdir ABŞ-da oturub, Heydər Əliyevi, onun ailə üzvlərini ən ağır ifadələrlə təhqir edən M. Çöhrəqanlının, virtual da olsa, yenidən Azərbaycana qayıtmasına ehtiyac duymalı oldular.
        Yeri gəlmişkən, Sabir Rüstəmxanlının fikirlərinə qüvvət olaraq, mən də soruşuram:”Axı, illərdi ABŞ-da oturub, buradakıları ən ağır söyüşlərə məruz qoyan M. Çöhrəqanlı, pafoslu çıxışlardan başqa, Cənubi Azərbaycan üçün nə edib?!”.
         Doğrudan da, özünü “bütöv Azərbaycanın şahı” elan edənlərin, oğurluq fikirləri pafos üzərində kökləyənlərin “dirilməsi”, “canavar kimi ulamaq” metodologiyası, klassik və primitiv yöntəmlər bizi zəif göstərir: Heç olmasa, milli mübarizənin siyasi, mədəni, hərbi konturlarını Türkiyədən öyrənməyə can atın. Yalnız, qardaş ölkənin podratçı şirkətlərini işlə təmin etməklə, iş bitmir. Heç bir təbii sərvəti olmayan Türkiyənin milli-ideoloji konsepsiyasından bəhrələnmək lazımdır. Bunun hərtərəfli effekti bizim üçün daha yaxşı olar!
        Son olaraq, ÇOX VACİB bir məsələni qeyd etmək istəyirəm: 
        — ABŞ, 2013-cü ildən üzübəri, ötən on illər ərzində İrandan köçən şəxslərdən ibarət bir məxfi təşkilat formalaşdırır. Vaxt yetişir və həmin təşkilata lider qoymaq məsələsi ortaya çıxır. ABŞ, bu təşkilat üçün, lider də seçir. Amma qısa müddət sonra məlum olur ki, həmin lider, elə, İranın öz adamı imiş… Beləcə, ABŞ-ın ötən on illər ərzində bu istiqamətdə xərclədiyi böyük pullar da hədər gedir. Yəni, öncədən onu nəzərə almalıyıq ki, İran dünyada kəşfiyyata ən çox pul xərcləyən ölkələrdən biridir.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.