Azərbaycan Moldovadakı Səfirliyinin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, bu ölkənin nüfuzlu JurnalTV teleradio kanalında “Şuşa, sən azadsan!” filmi nümayiş olunub. Məlumatda bildirilir ki, bu tədbir, Zəfər Günü ilə bağlı, Moldovada yüksək səviyyədə təşkil olunan silsilə tədbirlər çərçivəsində keçirilib. Tədbirdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov çıxış edib. Səfir 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə, Azərbaycan Ordusunun şanlı zəfərindən söz açaraq, Şuşanın işğaldan azad olunmasının azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Səfir öz çıxışında Şuşanın hər bir azərbaycanlı üçün, müqəddəs olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məlumatda sonra deyilir ki, tədbirdə çıxış edən JurnalTV telekanalının rəhbəri Adrian Buraga, rəhbərlik etdiyi kanalın jurnalistlərinin Şuşaya səfərindən söz açaraq, onların bu bölgənin ecazkar təbiəti, xalqımızın tarixini əks etdirən memarlıq abidələri, şəhərdə həyata keçirilən miqyaslı tikinti-bərpa işləri barədə təəssüratlarından danışıb.
Məlumatda, Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramovun öz çıxışında bu filmin Azərbaycan tarixinin, xüsusən Vətən Müharibəsinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatının öyrənilməsində böyük rolundan danışdığı xüsusi qeyd olunub.
Məlumatın sonunda isə qeyd olunub ki, bu çıxıslardan sonra, tədbir iştirakçılarına film nümayiş olunub. Məlumatın sonunda o da bildirilir ki, filmin baş prodüseri Arzu Əliyavadır. “Bakı Media Mərkəzi” və “Səlnaməfilm” studiyasının birgə istehasalı olan bu film, real hadisələr əsasında lentə alınıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
REDAKSİYADAN:
Səfirliyin bu məlumatının rus dilində variantını da, araz.az-ın dəyərli oxucularının diqqətinə çatdırırıq:
Фильм «Шуша, ты свободна!»
на Молдавском телерадиоканале
На Молдавском телерадиоканале JurnalTV состоялся показ фильма «Шуша, ты свободна!». Показ фильма прошел в рамках серии мероприятий, организованных в Молдове по случаю Дня Победы и дня освобождения города от оккупации. На мероприятии выступил Посол Азербайджана в Молдове Гудси Османов. Посол рассказал участникам мероприятия о славной Победе азербайджанской армии под руководством Победоносного Верховного Главнокомандующего, Президента Ильхама Алиева в 44-дневной Отечественной войне, отметив особое значение для азербайджанского народа освобождение от оккупации города Шуша. Он подчеркнул, что Шуша священна для каждого азербайджанца.
Выступивший на мероприятии руководитель телеканала Jurnal TV Адриан Бурага, рассказал о визите журналистов телеканала в Шушу и их впечатлениях о самобытной природе, архитектурных памятниках, отражающих историю азербайджанского народа и масштабных строительно-реставрационных работах, проводимых в городе.
В своем выступлении председатель Конгресса азербайджанцев Молдовы Эльчин Байрамов отметил, большую роль фильма в изучении истории Азербайджана, особенно Шушинской операции, которая золотыми буквами вписана в Отечественную войну.
Затем участникам мероприятия был продемонстрирован фильм. Отметим, что главным продюсером фильма является Арзу Алиева. Фильм, снятый на реальных событиях, является совместной работой “Baku Media Center” и студии “Salnaməfilm” .
Рашад Джафарли,
специальный корреспондент информационного портала araz.az
araz.az xəbər portalı.