8 Noyabr — Zəfər Günü münasibəti ilə, Moldovada keçirilən tədbirlər çərçivəsində, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi ilə əlaqədar, bu ölkənin Parlamentində təşkil olunan sərgi, ölkəmizin Moldovadakı Səfirliyi binasının önündəki bağçada Şuşa İlinə həsr olunan barelyefin açılış mərasimi, Moldovanın aparıcı telekanalı Jurnal TV-də “Şuşa, sən azadsan!” filminin təqdimat-nümayişi, eləcə də Moldova Azərbaycanlıları Konqresinin Zəfər Günü ilə əlaqədar təşkil etdiyi bayram şənliyi barədə, aparıcı və böyük izləyici auditoriyasına malik “CANAL 3”, “TV 8”, “PRİME TV”, Jurnal TV”, “TVR Moldova” telekanallarında geniş reportajlar efirə verilib.
Bu barədə, Səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, Moldovanın adı çəkilən telekanallarında efirə gedən reportajlarda 44 günlük Vətən Müharəbəsində Azərbaycanın beynəlxalq hüquqa arxalanan ədalətli mövqeyi, hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşanın 28 il sonra erməni işğalından azad olunması, bu tarixi şəhərimizdə və bütün Qarabağ regionunda aparılan geniş miqyaslı yenidənqurma işləri, keçirilən beynəlxalq tədbirlər, o cümlədən 2023-cü ildə Şuşanın bütün Türk Dünyasının paytaxtı elan olunması izləyicilərin diqqətinə çatdırılıb. Bundan əlavə, Səfirliyin önündəki bağçada Şuşaya həsr olunmuş barelyefin açılış mərasimində Moldova və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin iştirakı, habelə Moldova Parlamentində təşkil olan sərgidə bu ölkənin spikerinin iştirakı geniş işıqlandırılıb.
Eyni zamanda, Moldovanın digər aparıcı “Noi”, “Timpul”, “Rupor”, “Dosarmedia”, “Publika”, “Tribuna”, “Realitatea”, “Trm”, “Primelestiri”, “Moldpress” informasiya agentliklərində də, 8 Noyabr — Zəfər Günü, Şuşaya həsr olunmuş barelyefin açılışı və Parlamentdə təşkil olunmuş sərgi ilə əlaqədar, ümümi sayı 29 olan xəbər və məqalə dərc olunub.
Səfirlikdən verilən bu məlumata görə, bütün bunlarla bərabər, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “Tribuna”, “Timpul”, “Dosarmedia” və “Noi” informasiya-analitik portallarında, “44-günlük Vətən Müharibəsi tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir” adlı məqaləsi də, rumın və rus dillərində yer alıb.
Səfirliyin məlumatında adları çəkilən media vasitələrinin həmin materialları ilə, aşağıda dərc etdiyimiz linklərdən daha ətraflı tanış olmaq mümkündür:
Reportjların linkləri:
Xəbərlərin linkləri:
https://tribuna.md/ru/2022/11/11/posol-azerbaidjana-44-dnevnaia-voina/
https://timpul.md/articol/azerbaidjanul-are-ca-obiectiv-stabilirea-pacii-pe-termen-lung-a-stabilitatii-si-bunastarii-in-regiune-care-sa-raspunda-intereselor-tuturor-tarilor.html
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.