Rusiyada törədilən kütləvi qətllərin üstü itmiş telefon sayəsində açılıb.
Tapılan telefonda insan orqanları ilə çəkilən selfilər polisi hərəkətə keçirib. Aparılan araşdırmalar nəticəsində telefon sahibinin yaşadığı yer müəyyən edilib. Polislər həmin evə basqın etdikdə dəhşətli faktlar ortaya çıxıb.
Belə ki, evdəki soyuducuda 8 ayrı insan parçası aşkarlanıb. Evdə bankalarda saxlanılan insan ətləri ekspertizaya göndərilib. Məlum olub ki, bankalarda 19 fərqli insana məxsus orqan var. Dindirilmə zamanı cinayətləri etiraf edən tibb bacısı Natali və əri Dimitri Bakşayev 18 ildir insan əti yediklərini etiraf edib. Çütlük bu illər ərzində 30 nəfəri öldürüb. Onlar insan əti yeməyə ilk dəfə 1999 – cu ildə başladıqlarını etiraf ediblər. /Missiya.Az/
araz.az xəbər portalı.