Noyabrın 16-da, indiki Ermənistan — tarixi Qərbi Azərbaycan ərazisindəki xalqımıza məxsus tarixi və dini abidələrin dağıdılması ilə bağlı, Qeyri — Hökumət Təşkilatı tərəfindən həyata keçirilən layihə çərçivəsində, Azərbaycan və ingilis dillərində lentə alınan “Erməni vandalizmi: Qərbi Azərbaycanın abidələri” adlı sənədli filmin Bakı Avrasiya Universitetində hədsiz maraq doğuran təqdimatı keçirilib. Bu barədə, təşkilatçı tərəfindən araz.az–a daxil olan məlumatda bildirilir ki, təqdimat mərasimində adıçəkilən ali təhsil müəssisəsinin tələbə-müəllim heyəti ilə bərabər, ictimaiyyətin yaxşı tanıdığı QHT rəhbərləri və nüfuz sahibi qonaqlar da iştirak ediblər. Yeri gəlmişkən, öncə onu qeyd etməyi vacib bildik ki, təqdimat mərasimi iştirakçıları, Azərbaycan Respublikasının Qeyri — Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Elmi Araşdırmalar” İctimai Birliyi tərəfindən çəkilişi həyata keçirilən bu filmi yüksək qiymətləndiriblər.
Filmin təqdimatı zamanı əsasən o qeyd olunub ki, bu layihəni həyata keçirməkdə əsas məqsəd, indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan ərazisində vəhşi daşnak tör-töküntülərinin, Azərbaycana tarixən məxsus olan bu torpaqlardakı tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İkinci əsas məqsəd isə, erməni işğalçılarının tarixi-dini, mədəniyyət abidələrimizin dağıdılmasını və yaxud saxtalaşdırılmasını, məqsədyönlü şəkildə və azərbaycanlılara qarşı düşünülmüş etnik təmizləmə siyasəti çərçivəsində həyata keçirdiklərini bu sənədli filmlə sübut edərək, hamıya göstərməkdən ibarətdir. Doğrudan da, tamaşaçıların olduqca maraqla baxdıqları bu sənədli film, indiki Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi ərazilərində, ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrimizin dağıdılması və yaxud, onların saxtalaşdırılması ilə bağlı əldə olunan müfəssəl məlumatlar əsasında lentə alınıb.
Bu sənəli filmin təqdimatı zamanı, xüsusi olaraq o da vurğulanıb ki, olduqca vacib bu maraqlı film, tezliklə, Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə də təqdim ediləcək. Beləcə, təqdim olunan bu sənədli filmdəki vacib faktlar əsasında, Ermənistanın dövlət səviyyəsində Azərbaycana və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyü sübut ediləcək. Üstəlik, bu yolla təqdim olunan əsas faktların gənc nəsil tərəfindən mənims olunmaz materiallarla təmin olunmalarında, bu sənədli film olduqca əhəmiyyətli rol oynayacaq.
ənilməsi təmin olunacaq. Bir sözlə, bu film, indiki və gələcək nəsillər üçün, informasiya müharibəsində, zəruri faktoloji və arxiv materialı rolunda çıxış edəcək.
Sonda, bu təqdimat mərasimi təşkilatçıları tərəfindən xüsusi olaraq o qeyd olunub ki, beynəlxalq erməni lobbisinə və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarının, tutarlı vətəkzibolunmaz materiallarla təmin olunmalarında, bu sənədli film olduqca əhəmiyyətli rol oynayacaq.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.