Sabiq deputat Gülər Əhmədova “Lider” kanalında veriliş aparacaq. Keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.
Sabiq millət vəkili Kult.az-a açıqlamasında verilişlə bağlı bütün detalları Lider TV-nin yayacağını söylədi.
Lider TV-nin mətbuat katibi Sədan Bünyadova məlumatı təsdiqlədi və bildirdi ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil: “Hazırda verilişin anonsları hazırlanır”.
Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib.
Manevr.az
araz.az xəbər portalı.