Zeynalabdin Tağıyevin savabından və Qorxmaz Hüseynovun yezidliyindən bütün Yaşma danışır
Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev əgər bilsəydi ki, Şollar suyunu Bakıya çəkəndən 100 il sonra “Azərsu” adlı təşkilata Qormaz Hüseynov kimi “yezid”, “Cəbrayıl-SPRUT” qruplaşmasının başçısı rəhbərlik edəcək, bəlkə də suyu Bakıya çəkməkdə tərəddüd edərdi.
Redaksiyamıza 100- lərlə Yaşma sakinlərinin şikayət məktubu daxil olub. Məktubda deyilir ki, onlar dəfələrlə yaşadıqları əraziyə su çəkilişi ilə bağlı “Azərsu” ASC-yə müraciət etsələr də hər dəfə onların müraciətlərinə şablon cavab verilir.
Sakinlər haqlı olaraq bildirirlər ki, şollar suyu Xaçmaz-Bakı yolunun qırağı ilə Bakıya getməsinə baxmayaraq onlar suyun üzünə həsrət qalıblar. Şikayətçi vətəndaşlardan biri Yaşma sakinlərinin adından bildirir:
“Həmin su məhəlləmizdən keçsə də “Azərsu” bu suyu bizə çox görür və hər dəfə etdiyimiz şikayətlərə çox laqeyd yanaşır. Görünür suyun çəkilməsində süni çətinliklər qəsdən yaradılır ki, bizim su problemimiz ancaq rüşvətlə öz həllini tapsın. Neçə illərdi su üzünə həsrət qalmışıq. Bizim ərazidə su ancaq keçmiş rayon prokurorlarının və polis rəislərinin bağlarına çəkilib. Başa düşə bilmirik , məgər biz bu ölkənin vətəndaşı deyilik?! Yoxsa bu ölkənin su sahəsi bir qrup “CƏBRAYIL-SPRUT” qruplaşması tərəfindən özəlləşdirilib. Dəfələrlə PA-ya müraciət etmişik, amma bütün şikayətlərimiz göndərilir “Azərsu”ya. Orda da “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çox güman bizim ondan etdiyimiz şikayətləri oxuyub gülür bizə. Və axırda onun müavinlərinin birindən vətəndaşlara formal xarakterli cavab gəlir ki, bəs “suyun çəkilişi imkan xaricimizdədir”.
Buna görə biz mətbuat vasitəsilə su problemimizin həllində bizə yardımçı olması üçün ölkə rəhbərliyinə müraciət edirik. Son ümid yerimiz cənab Prezidentdir. Qorxmaz Hüseynova qalsa, onu bizim problem illərlə maraqlandırmır. Nə özü, nə də onun rəhbərlik etdiyi təşkilatın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı çıxıb mətbuata bu problemlə bağlı bir açıqlama belə vermir. Görünür onlara bu maraqlı deyil.
Olsun, vaxtı ilə Səlim Müslümova da vətəndaşların müraciəti maraqlı deyildi. Amma sonra aqibətini gördük…”
Vüqar Akifoğlu
365info.org
araz.az xəbər portalı.