Bir müddət əvvəl işdən çıxarılan gömrük xidməti generalı, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun istintaqa cəlb olunduğu xəbəri yayılıb
Daxil olan məlumata görə o, istintaq çərçivəsində saxlanılıb. Onun həbsinin səbəbi hələlik açıqlanmır.
Faktı V. Novruzovun qohumlarından və yaxın ətrafından dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra hökumətin tərkibində bəzi dəyişikliklər edilib. Kadr islahatları zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vəzifədən azad edilib. Onun yerinə Səfər Mehdiyev təyin edilib. S. Mehdiyevin təyinatı ilə də komitədə kadr islahatları aparılıb. /BakuPost.az/
araz.az xəbər portalı.