oqtay-meclis2.jpg

“Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yol ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O vurğulaylıb ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin abidəsini isə yolun ortasında yerləşdiriblər: “Bu düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”.

Spiker Oqtay Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb: “Etnoslarımıza sataşmayın!”.

Report

araz.az xəbər portalı.