“İran hakimiyyətini uzun müddətdir əlində cəmləyən riyakar fars diktaturası, Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətdə olduğunu bəd əməlləriylə dəfələrlə sübut edib.
Bu riyakar molla rejimində yüksək səlahiyyət sahibi olanların, Azərbaycanın dövlət maraqları əleyhinə çəkinmədən təbliğat aparmaları həmişə göz qabağında olub. Ən dəhşətlisi odur ki, Ermənistanın keçmiş və hazırkı hakimiyyət rəhbərləri belə dəfələrlə etiraf ediblər ki, İranın hakim molla rejiminin hərtərəfli köməyi olmasaydı, Birinci Qarabağ Müharibəsində Azərbaycanın bu boyda ərazisini işğal edə, onlar tərəfindən mənfur düşmən yanacaqla, ərzaqla təmin edilməsəydi, daşnak tör-töküntüləri torpaqlarımızı 30 il öz əsarətlərində saxlaya bilməzdilər. Elə, biz siyasətçilər də, əbəs yerə dəfələrlə deməmişik ki, hakim dairədəkilər idarə etdikləri İranı Azərbaycan müstəqilliyinin qan düşməninə çeviriblər. İllərdi davam edən bütün bəlalarımızın kökü və məsuliyyəti də, ölkəmizin əbədi və əzəli düşmənləri olan iki dövlətin — Rusiya və İranın üzərlərinə düşür. Danılması mümkünsüz bir həqiqətdir və reallıq bundan ibarətdir ki, ortada qardaş Türkiyə Cümhuriyyəti olmasaydı, bu iki qorxulu düşmən dövlət bizim ölkəmizi çoxdan yox edərdilər.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində və bu işğalın az qala 30 il müddətində qüvvədə saxlanılmasında xüsusi rolu olan İranın riyakar fars molla rejimi, hətta 44 günlük Vətən Müharibəsindən sonra da, Azərbaycana qarşı düşmənçiliyindən əl çəkmədi. Bu riyakar rejimdəki səlahiyyət sahibləri, daha önə gedərək, işğalçı Ermənistanı İranın qırmızı xətti kimi bəyan edib, nəhayət, Qərbi Zəngəzurda — Qafan şəhərində, daşnak qardaşlarının əhatəsində İranın konsulluğunu da açdılar. Beləcə, Azərbaycan Respublikasına qarşı qatı düşmənçilik mübarizəsində açıq müstəviyə keçdilər.
Bəli, bu qatı düşmənçilik olmasaydı, heç, Azərbaycan — Ermənistan sərhədlərini özünün qırmızı xətti hesab edən və 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizi gözü götürməyən İranın molla rejimi, ölkəmizə qarşı münasibətdə bütün qırmızı xətləri keçməzdi. Doğma Vətən sevgili hər kəsdə İranın ağrı yaradan belə bir anti-Azərbaycan münasibətinin ağır nəticəsi isə, göz qabağındadır: Bu iki dövlət — Azərbaycan Respublikası ilə, İran İslam Respublikası arasındakı bütün münasibətlərin getdikcə daha da gərginləşməsi, aralarındakı bu gərginliyin pik həddə çatması üçün bir çox səbəblər yaradır. Bu, inkarolunmaz bir həqiqətdir ki, durmadan artan gərginlik öz əsas mənbəyini, şovinist xislətli, yüksək çinli fars məmurların İranda yaşayan soydaşlarımıza, ümumən götürdükdə, türk etnosuna qarşı tarixi və genetik düşmənçiliyindən götürüb.
Yeri gəlmişkən, onu da qeyd etməyi vacib bilirəm ki, yeni geosiyasətdə Azərbaycanın yeri ilə barışa bilməməsi, bu dəfə, İranın ən böyük səhvi oldu. Hakim molla rejimində yüksək səlahiyyət sahibi olanlar başa düşmək istəmədilər ki, artıq, əbədi maraqlar bütün müstəvilərdə Azərbaycan tərəfə dəyişir. Buna baxmayaraq, onlar isə, öz bəd əməlləri ilə, Azərbaycanı təhdid etməkdən əl çəkmək istəməirlər. Elə, riyakar molla rejiminin dövlətimizə qarşı bütün siyasi-diplomatik və hərbi sahələrdə açıq-aydın qatı düşmənçilik nümayiş etdirməsi də, ölkəmizi əl-qolunu daha geniş açmasının başlıca səbəbinə çevrildi. Üstəlik, yavaş-yavaş haqq-ədalət belə öz yerini tapmağa başladı. Danılması mümkünsüz bir həqiqətdir ki, artıq xeyli vaxtdır hər yerdə sözləri keçən, başda ABŞ olmaqla, nüfuz sahibi digər dünya dövlətləri Azərbaycana qarşı obyektiv yanaşma nümayiş etdirirlər.
Mən hesab edirəm ki, məhz bunlara görə də, İranın bugünkü molla rejimi, artıq, “quyruğunun qapı arasında qaldığını” başa düşməyə başlayıb. Elə, İran dövlətinin əsas ideoloqlarından sayılan, bu İslam Respublikasının ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri vəzifəsini tutan sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin bu yaxınlarda, Azərbaycan — İran münasibətlərinin gərginləşməsi ilə bağlı geniş açıqlama verməsi də, bu qorxu xofundan irəli gəlirdi. Bu barədə, hər kəs onun sosial şəbəkələrdə geniş paylaşılan bu fikirləri ilə ətraflı tanışdır. Onun fikirlərindəki qapalı şifrələrə diqqət etsək, açıq-aydın görərik ki, o, öz sözünü deyil, olduqca narahat İranın Ali Dini Rəhbərinin fikirlərini söyləyib.
Vilayəti açıqlama verərkən dedi ki, guya, İranın, gözünün işığı bildiyi Azərbaycana heç bir düşmən münasibəti yoxdur. Axı, belə yalan keçərmi?! Qəti şəkildə deyirəm: “Yox!”. Çünki Azərbaycana və azərbaycanlılara qarşı daim düşmən münasibət sərgiləyən İranın hakim molla rejimi, özünün bəd əməlləriylə, bir dəfə yox, dəfələrlə sübut edib ki, illərdi davam edən bu düşmənçiliyi kəsən də deyil. Bu, onun tərəfindən bu günə qədər İranda yaşayan 40 milyon nəfərdən çox soydaşımıza qarşı göstərilən düşmən münasibətdə də, özünü açıq-aydın göstərir. Bu qədər insanın milli mənsubiyyətinə açıq-aşkar təcavüz, onların dilini və mədəniyyətini inkar etmək, üstəlik, bütün milli inkişaf hüquqlarını hərtərəfli olaraq əllərindən almaq ən qatı düşmənçilik deyil, bəs, nədir?!
Bir də ki, iki ildən çoxdur ki, məğlub Ermənistanı durmadan silahlandırmaq, ermənilərə PUA təlimləri keçmək, onlara verdikləri yanacağı, qazı iki dəfə artırmaq ən dəhşətli düşmənçilikdir. Guya, Vilayəti, işğalçı Ermənistanın kimə qarşı müharibəyə hazırlaşdığını bilmir və hələ bir: “Azərbaycan gözümüzün işığıdır” — deyir?! Bu bir reallıqdır ki, İran dara düşəndə, onun rəhbərlərinin mövqelərini tam olaraq dəyişmələri, şirin dillərini işə salmaları, onlarla ermənilərin eyni xasiyyətdə olduqlarını bir daha sübut edir.
Vilayətinin açıqlaması bir daha onun təsdiqidir ki, Azərbaycan — İran münasibətləri elə gərgin həddə çatıb ki, Xamenei bu məsələyə münasibət bildirməkdən yayına bilməyib. Məhz bunlara görədir ki, Əli Əkbər Vilayətinin fikirləri zərgər dəqiqliyi ilə hazırlanıb və bu fkirləri, İranın davamlı səmimi mövqeyi kimi qəbul etmək doğru olmazdı. Amma onu da qeyd etmək istəyirəm ki, İran, artıq, Azərbaycana qarşı aqressiv mövqeyindən taktiki şəkildə geri çəkilmək barədə düşünməyə başlayıb. Buna baxmayaraq, kimsə xam xəyala qapılmasın ki, ölkəmizə münasibətdə xofdan çıxa bilməyən İran elitası, Azərbaycan fobiyasından qurtula bilmək üçün, aqressiv siyasətindən tamamilə əl çəkəcək. Tehran Azərbaycana qarşı illərdi apardığı informasiya savaşı kimi, əsəb savaşını da davam etdirəcək.
Təbii ki, Əli Əkbər Vilayəti bu fikirlərində səmimi deyil. Çünki Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmayanların, üzdə Azərbaycan haqqında yalandan xoş söz deyib, mülayim danışmaları, arxadan ölkəmizə zərbə endirməkdən başqa bir şey deyil və bu, əsl namərdlikdir!
Ümumiyyətlə, yeni geosiyasi düzəndə, Fransa kimi, İranın da Azərbaycanı rəqib kimi seçməsi, onun ölkəmiz əleyhinə riyakar planlarının olduğunu ortaya qoyur. İndi, hətta ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının özü də, öz çıxışlarında, İranı bu riyakar əməllərinə görə, ciddi tənqid atəşinə tutur. Xüsusi olaraq onu vurğulayır ki, son 30 ildə – Ermənistan — Azərbaycan münaqişəsi başlayandan, İranın molla rejimi açıq şəkildə işğalçı Ermənistanın və erməni separatçılarının yanında durdu və onları müdafiə etdi. Elə, möhtərəm Prezidentimiz: “Məscidləri dağıdanı müsəlman ölkələrinin rəhbərləri qucaqlayıb, öpə bilər?!” — deməklə, onlara qarşı sərt münasibətini ortaya qoymuş oldu.
Yaxşı ki, bu riyakar rejimi törətdiyi provokasiya xarakterli belə iyrənc bəd əməllərinə görə, həmişə sərt şəkildə qınayır, layiqli cavabını verə bilirik. Göründüyü kimi, açıq-aşkar müşahidə olunan bu gərginlik, şovinist fars rejiminin, davamlı olaraq, Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı müxtəlif adlar altında, öz aləminə və düşüncə tərzinə uyğun törətdiyi bütün mümkün təzyiq, təhdid və provokasiyalarına, güclənmiş Azərbaycan dövlətinin hazırkı adekvat sərt cavabının nəticəsidir!” — deyən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, araz.az-ın əməkdaşları ilə bu mövzuda aparılan söhbət zamanı, xüsusi olaraq onu da vurğuladı ki, partiyanın çoxsaylı üzvləri fars molla rejiminin belə riyakar əməllərinə həmişə etiraz edib və rəhbəri olduğu partiya adından verdikləri kəskin etiraz bəyanatlarına imzalarını atıblar: “Bu etiraz bəyanatlarımızda onu da demişik ki, siyasi müstəvidə fars rejiminin belə riyakar və saxtakar davranışı, İranın gələcək dövlət taleyini, birbaşa, yaxın qonşusu Azərbaycandan və özünün çoxsaylı azərbaycanlı əhalisindən asılı vəziyyətə salır. Üstəlik, xeyli vaxtdır İranda səngiməyən məlum iğtişaşlar da, artıq, birbaşa, siyasi müstəviyə keçib və oradakı çox ağır yaşam tərzində olan yerli xalqların, işsizlikdən və acınacaqlı durumlarından hədsiz əzab-əziyyət çəkən gənclər təbəqəsinin istiqlal tələbləri, milli azadlıq hərəkatı çağırışları qarşısıalınmaz həddi ötüb. Deyilənlərə sübut kimi, İran əhalisinin böyük əksəriyyətinin — soydaşlarımızın yaşam durumlarını göstərmək kifayətdir. Bütün bunlar da ona bir işarədir ki, İranda baş verənlər qiyam yox, birbaşa, fars molla rejiminin törətdiyi zülmlərin partlayış nöqtəsinə çatmasının bir reallıq göstəricisidir.
Bütün bunlar öncədən onu deyir ki, Rusiya kimi, İran da mütərəqqi dünyanın önündə diz çökməyə məhkumdur. Elə, onun özü də, vaxtı çatan zaman onu nə gözləyəcəyini, artıq, yaxşı bilir. Tezliklə vaxtı çatan zamanı olacaq deyə, elə indidən, millətlərə çəkdirdiyi məşəqqətlərin, antibəşər əməllərin və istibdad siyasətinin analoji əvəzini yaşayacağından artıq qorxuya düşüb.
Doğrudan da, bu ölkədə tüğyan edən uzunömürlü irqçi və antisemit mühit əhalinin böyük əksəriyyətinin acınacaqlı durumda olmasının əsas səbəbidir. Elə, buna görə də, kapitulyasiya, rüsvayçı çöküş və parçalanma İranın tale gözləntiləri kimi xarakterizə olunur: Vədə yetişməkdədir və yaxın zamanlarda, dünya İransız olacaq! Bundan sonra qlobal işlərin başlaması isə, Böyük Azərbaycanı da, öncədən arzulanan nicata aparacaq!”.
Söhbət zamanı partiya sədrinin dedikləri kimi, İran Azərbaycana qarşı təkcə siyasi və hüquqi çərçivədə diskriminasiya etmir. Fars molla rejiminin erməni vandalizmini himayə etməsi, İranın Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha ortaya qoyur: “Bu heç kimə sirr deyil ki, İran bütün vacib məsələlərdə yaxın qonşusu Azərbaycana qarşıdır. Ötən 30 il müddətində belə onun şahidi olduq ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, digər yandan təcavüzkar Ermənistana dəstək verdi həmişə. Bu etibarsız qonşu, Qarabağ münaqişəsinin bitməsindən sonra da, iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləməyə, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün, əlindən gələn pislikləri etməyə başladı.
Bütün bunlar azmış kimi, fars molla rejimi İslam dəyərlərinə qarşı xainlik də nümayiş etdirir. İranın dini rəhbərlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi isə, birbaşa, İslamın əxlaq kodeksinə zidd olan əməlləridir. Açıq təxribatlar və gücə təhrik də, İran tərəfindən ortaya atılan digər xoşagəlməz hallardır. Elə, İranın qonşu Azərbaycan sərhədinə qoşun yığması da, hərbi təlim keçmək adı ilə, hədə-qorxu gəlməkdən başqa bir şey deyildi. Belə təəccüb və təəssüf doğuran faktlar çoxdur molla rejiminin əməllərində. Vətən Müharibəsinə qədər, hətta müharibədən sonra da, Azərbaycanla heç bir problemi olmayan İran, Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra, yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başladı. Çünki İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsini, molla rejimi, siyasi baxımdan da, Tehran üçün əlverişli hesab edirdi — Azərbaycanla İranın azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı kimi!
İndi Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir — düzgün olmayan bir düşüncə tərzi ilə! Bu tərzdə düşüncələri ilə, Azərbaycanı özünə əsl düşmən hesab edir və beynəlxalq müstəvidə, Bakının Tehranın xeyrinə heç bir jestini heç vaxt dəyərləndirmir. Başa düşmək istəmir ki, rəsmi Bakı bütün etdikləri ilə, rəsmi Tehranla normal mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmağı düşünür. İran isə, hətta Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə, ən sıx münasibətlər qurur. Bu da bir xoşagəlməz haldır ki, İran, dünya multikulturalizminin ünvanlarından biri olduğuna görə də, dini zəmində ölkəmizə təhdidlər yaradır. Bunu şiddətləndirmək üçün, üstəlik, İranın azərbaycanlı əhalisini ən elementar hüquqlardan belə amansızcasına məhrum edir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Səmərqənddəki Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında dediyi kimi: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir… Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün, səylərimizi davam etdirəcəyik”.
Məhz beynəlxalq səviyyədə qəbul edilməyən bu xoşagəlməz əməllərinə görədir ki, İranın yeni geosiyasi düzəndə də yeri yoxdur. Əgər yeni geosiyasi düzəndə yer almaq üçün qoyulan şərtlərə əməl etməsə, bütün bunlarla barışmaq istəməsə, İran mütləq parçalanacaq. Bu, şəksiz-şübhəsizdir!
Dəhşət həm də ondadır ki, bu günə qədər Azərbaycanda ifşa olunan bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu azmış kimi, İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları çıxış edirlər. Bu da bir yana, ən dəhşəti ondadır ki, hətta özlərini dünya müsəlmanlarının təəssübkeşləri kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb etmirlər”.
Partiya sədri açıqlamasının sonunda: “Haqq nazilər, üzülməz!” — deyib, bir daha xüsusi olaraq onu vurğuladı ki, bu gün İranda molla zehniyyəti ilə qurulan, üstəlik bir terror yuvasına çevrilən dövlətin artıq sonu yaxınlaşır: “Bunu, İrandakı mövcud ictimai-siyasi mühitin əksi olan dəhşət dolu səhnələr də sübut edir. İndi getdikcə fars molla rejiminin əleyhinə daha sürətlə gedən bütün siyasi proseslərə aid bu səhnələr isə, bizlərə, ötən əsrin 90-cı illərində şahidlik etdiyimiz Sovetlər İmperiyasının çöküşü və bu imperiyanın mövcudluğu hesab olunan partbiletlərin utilizasiyası səhnələrini xatırladır. Bir sözlə, subyektiv amillərin və maraqların toqquşması ilə, siyasi aqoniya yaşayan fars imperiyasında obyektiv siyasi proseslər hamının qözləri önündə kütləvi və nümayişkəranə şəkildə baş verir. Gedən bu proseslərin vəlvələsi isə, İranda yaşayan 40 milyon nəfərdən çox soydaşımızın iradələri önündə çox aciz görünür. Şər imperiyası SSRİ kimi, bu rejim də, artıq öz süqutuna yaxınlaşır. Bu gün baş verənlər də, bir daha, Sovetlər imperiyası kimi, fars imperiyasının da tezliklə dağılacağının və Cənubi Azərbaycanın boyunduruqdan azad olaraq, müstəqillik əldə etməsinin daha bir təsdiqidir. Bundan sonra, müqəddəs dövlətimizin — Böyük Azərbaycanımızın yaranacağı şübhəsizdir! Elə, İranda indi baş verənlər də onu sübut edir ki, dağılmış imperiyanın bədheybət forması olan Rusiya kimi, İran da, uzun zaman Vətənimizi kriminal təxribatlarla öz təsirində saxlamaq üçün, əlindən gələni ortaya qoyması uzun zaman davam edəcək. Ən dəhşətlisi odur ki, İran Ermənistanla da əlaqələrini kəsməyəcək! Çünki ikisi də türkün, Azərbaycanın düşmənləridir!
Tarixdə işğalçı dövlət olaraq qalan, öz tarixi qan-qada ilə dop-dolu olan, bu xüsusiyyətinə görə, işğalçı Ermənistana daha çox oxşayan bədxah cənub qonşusu İranın Azərbaycanın müstəqilliyinə qənim kəsilməsini dünyadakı siyasi münasibətlər sisteminin uzunmüddətli müşahidəsi də sübut edir və bunu, yetərli etibarlı məntiqi nəticə olaraq ortaya qoyur. Ən dəhşətlisi odur ki, bizə qənim kəsilən ermənilər də, ruslar, amerikalılar və fransızlar kimi, iranlılara da hədsiz dərəcədə güvənirlər.
Məhz bunlara görədir ki, Azərbaycan, Vətən Müharibəsindəki möhtəşəm qələbəsindən sonra da, mənfur düşməni ağıllandıra və tam susdura bilməyib. Düşmən yenə elə düşünür ki, revanş almaq iqtidarına malik güc sahibidir. Bu isə, peşəkar hərbçilərin və tanınmış hərbi ekspertlərin qəti şəkildə dediklərinə görə, onu tələb edir ki, Azərbaycan daşnak tör-töküntülərini tam susdurmaq və ağıllandırmaq üçün, həm Qarabağda, həm də Zəngəzur və Göyçə istiqamətlərində belə daha genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır. İşğalçı Ermənistan real təhlükənin fərqinə varmasa, müharibəni öz ölkəsinin içərilərində yaşamasa, qaçqın axınına məruz qalmasa, heç vaxt ağıllanmayacaq, yenə də, İran və İran kimi bədxahların diqtəsi ilə oturub-duracaq. Növbəti və daha genişmiqyaslı hərbi əməliyyatlardan sonra isə, işğalçı düşmən ölkə, Qarabağdan birdəfəlik əlini çəkəcək!”.
Rüfət RƏHMANOĞLU,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.