1528884440_2c25a9da-7bff-41d8-af97-6bd97ca83957_292.jpg

2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

“Report”un məlumatına görə, Kanada – Meksika – ABŞ triosu mundialı birgə təşkil edəcək. Bu qərar FİFA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən 68-ci konqresində İcraiyyə Komitəsinin nümayəndələri tərəfindən qəbul olunub.

DÇ-2026-da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq. Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.

Bundan başqa, dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq. Əvvəllər yalnız bir dəfə 2 ölkə – Yaponiya və Cənubi Koreya DÇ-2002-yə ev sahibliyi edib.

Konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər. DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq.

araz.az xəbər portalı.