medeniyy.jpg

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  Ali Məhkəmədə keçiriləcək proses noyabrın 29-na təyin edilib.

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Mədəniyyət nazirinin müavini Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.