1669652413_mg-20221128-wa0024.jpg

Noyabrın 28-də Nizami Kino Mərkəzində “Sarəng” sənədli filminin təqdimatı keçirilib.

araz.az  Asiya.az-a istinadən  xəbər verir ki, “Masal prodakşn”ın istehsalı olan ekran əsəri tanınmış bəstəkar, şair, həkim, alim, pedaqoq Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığına həsr olunub.

Filmin premyerasından Milli Məclisin deputatları, Mədəniyyət işçiləri, Kino mütəxəsisləri, Elm xadimləri, QHT və Media rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Masal prodakşn”ın baş direktoru, Araşdırmaçı jurnalist Cəfər Cəfərov qonaqları salamladı. Baş direktor bildirdi ki, Mir Kazım Aslanlı Sarəngin 110 illik yubileyi ərəfəsində ərsəyə gələn sənədli film onun bəstəkar, şair, alim olaraq bizə miras qoyduğu irsi öyrənilir və təbliğ edilir. 

Sonra Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gələn sənədli filmə baxış oldu.

Nümayişdən sonra millət vəkilləri, elm xadimləri filmin ərsəyə gəlməsində “Masal prodakşn”a minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, “Sarəng” sənədli filminin İdeya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Diktor Gültəkin Cəfərova, Məsləhətçi Nurəddin Ədiloğludur

Sənədli filmdə Mir Kazım Aslanlı Sarəng rolunu Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev canlandırıb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/-AH-HrxI3dU’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube] [bt_youtube url=”‘https://www.youtube.com/embed/wtE_E9xkDcw'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

1669652364_mg-20221128-wa0001.jpg

 

1669652434_mg-20221128-wa0025.jpg

 

1669652428_mg-20221128-wa0016.jpg

 

1669652447_mg-20221128-wa0013.jpg

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.