“Təzadlar”a hər gün müxtəlif məzmunlu şikayətlər daxil olur… Dünən Nəsimi rayonundan daxil olan bir şikayətin yəqinki analoqu yoxdur. Vətəndaş 15 il əvvəl torpağı özəlləşdirərək üzərində özəl salon açıb… Əhaliyə xidmət göstərir. Bu günlərdə onun obyektinin yanındakı başqa bir kafeni söküb yerini ekskovatorla qazmağa başlayıblar. Qazanlar deyib ki, Filankəs müəllim burada bina tikəcək. Və şikayətçi maraqlanıb, məlum olub ki, “Pilot layihə” adı altında tikiləcək bu göydələnin sahibinə İcra başçısı sərəncam verərkən onun obyektinin də yerini bu sərəncama salıb.
Təsəvvür edirsinizmi, indi İcra başçıları “Pilot layihə” adı altında Prezidenti aldadırlar və vətəndaşın şəhərin mərkəzindəki bahalı torpaq üzərində olan şəxsi mülkünü yağmalayırlar. Kim nə deyir desin, Prezidentin belə işlərdən-qanunsuzluqlardan xəbəri yoxdur… Vətəndaşların bilgili, qanunları bilməsi gərəkdir. Düşünürəm ki, “Pilot layihə” adlı bu sərəncamlaşmalara qarşı hüquqşünasların və vəkillərin birgə fəaliyyət planı olmalıdır. Belə davam etsə, bir də görəcəksiniz ki, yaşadığınız bina qurban getdi. Nədi, nədi, Filankəsin bu yerə gözü düşüb və icra başçısı da “Pilot layihə” malalama sənədləşməsi aparıb…
Şikayət barədə ətraflı araşdırma aparırıq və yazı dərc olunacaq…
AZAD
araz.az xəbər portalı.