FƏRHAT1 (1).jpg

 Bu bir həqiqətdir ki, barələrində cəmiyyətin xoş danışdığı, media vasitələrinin yaxşı yöndən yazdığı çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları inşa edən MTK-larının sayı ölkəmizdə həddən-ziyadə çox azdır. Konkret desək, indi belə tikinti qurumu tapmaq çox müşküldür. Belə birisinin işlərinə şahidlik isə, olduqca sevindirici bir hala çevrilir. Tam məsuliyyətlə deyə bilərik ki, sayları olduqca az belə Mənzil — Tikinti Kooperativlərindən biri də, sözün həqiqi mənasında, rəhbər işçilərinin səriştə və bacarıqları sayəsində, fəaliyyəti yüksək səviyyədə qurulan “Abşeron — A1” MTK-dır. Bu tikinti qurumu yaradıldığı gündən indiyədək, sağlam təməlli və müasir görünüşlü bina inşası ilə daim alıcıların diqqət mərkəzindədir. Həmişə öz hərəkətverici qüvvəsiylə, müxtəlif layihələr üzrə öhdəsinə götürdüyü və məsuliyyət daşıdığı bütün işlərini müvəffəqiyyətlə yerinə yetirərək, vaxtında və yüksək keyfiyyətlə təhvil verir. Üstəlik, hər bir işində, sahib olduğu potensialını daha da artıraraq, öz müştərilərinin hörmətini və etibarını qazanır. Yalnız, həyata keçirdiyi möhtəşəm layihələrlə ucaltdığı hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinə və ayrı-ayrı binalardakı mənzillərə diqqət etmək kifayətdir ki, bu tikinti şirkətinin gücü və peşəkarlığı haqqında insanda təəssürat yaransın. Bir sözlə, peşəkar fəaliyyətini dəfələrlə sübut etməklə, “Abşeron — A1” MTK, sakinlərin etibar və hörmətini təsadüfən qazanmadığını əyani şəkildə göstərir.

        Elə, araşdırmalarımız nəticəsində, bu yöndən üzə çıxardığımız bəzi mühüm detallar da, yuxarıda qeyd etdiklərimizin inkarolunmaz təsdiqidir. Bütün bunlar həm də onu sübut edir ki, alıcı rahatlığını tam təmin edən tikdiyi yaşayış evləri ilə, bu tikinti qurumu, bazarda keyfiyyət və rahatlığın ünvanına da çevrilə bilib. İndiyədək, fəaliyyətini müasirliyə uyğun layihələrində nəzərdə tutulan formatda apararaq, ucaltdığı gözəl, yaraşıqlı tikililərdə yüzlərlə vətəndaşı daha rahat mənzil sahibi etməklə bərabər, üstəlik yüzlərlə iş yeri də açıb.

         Bəli, bu dəfə apardığımız növbəti araşdırmalarımızın ürəkaçan nəticələri, eləcə də, araşdırma zamanı şahidi olduğumuz həqiqətlər və reallıqlar belə bir daha təsdiq etdi ki, xeyli müddət öncə qələmə aldığımız əvvəlki yazılarımızda “Abşeron — A1” MTK-nın xoşagələn işi və rəhbər şəxslərinin yüksək səviyyəli rəhbər fəaliyyətləri barəsində yaxşı yöndən yazmaqda yanılmamışıq.

                     ONA GÖRƏ Kİ:
                
        — Xüsusi olaraq, əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, fəaliyyətini qurduğu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanındakı modern üslublu yaşayış kompleksində ucaltdığı gözəgəlimli çoxmərtəbəli binalarda aparılan işlərin keyfiyyət yüksəkliyi, bu MTK-nı, ölkənin seçilən tikinti şirkətlərindən biri kimi tanıda bilib. Və əsas rəhbərinin ciddi tələbləri çərçivəsində yekunlaşan mükəmməl müasir layihələri əsasında tikdiyi binalarda sakinlərinə və tikilən binalarda çoxsaylı müştərilərinə göstərilən yüksək xidmət, bu şirkəti fərqlənənlər, nümunə göstərilənlər sırasına çıxarıb;

         — Bu bir həqiqətdir ki, bu MTK ilə hüquqi müstəvidə müqavilə bağlayan sakinlərlə hər hansı qanun pozuntusu da baş vermir. Elə, həyata keçirilən bütün prosedurları rəhbərliyin diqqətdən kənarda qoymadığının müsbət nəticəsidir ki, hər kəs aldığı evində rahat və problemsiz yaşaya bilir. Çünki bu MTK tərəfindən inşa edilən binalardan mənzil alan hər bir vətəndaşa öz mənzilində, rəhbərlik tərəfindən, öncədən, tam məsuliyyət ifadəli xoşbəxt və firavan həyat yaşamaq arzulanır. Beləcə, müştərilərə göstərilən nümunəvi xidmət də, çox keçmədən, göz qabağında, hər kəsə yaxşı yöndən bəlli olur.

         Elə, bu dediklərimizə görə və bir də, daha çox insan komfortunu və rahatlığını düşünməklə, “Abşeron — A1”, çoxdandır ki, ölkənin inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir;

        — Bütün sadalananların ürəkaçan ən əsas və daha vacib nəticəsi də, çox keçmədən göz qabağında olur: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunan prosedur qaydalarını fəaliyyətinin əsas istiqamətinə çevirən, digər əlaqədar dövlət qurumlarının müəyyən etdiyi bütün tikinti normalarına, tikinti şirkətləri qarşısında qoyulan olduqca ciddi və ədalətli tələbələrə ciddi riayət edən “Abşeron — A1” MTK-nın, nümunə olaraq göstərilən yüksək səviyyəli fəaliyyəti, çoxsaylı sakinləri və müştəriləri tərəfindən alqışlanmağa başlayır. Ən əsası ona görə ki, əlaqədar dövlət qurumları tərəfindən nümunəvi bir MTK kimi qəbul edildiyi üçün, bu tikinti qurumunun tikdiyi binalarda mənzil sahibi olan vətəndaşlara, həm mənzillərini özəlləşdirmələri və xüsusi mülkiyyət sahibi olmaları üçün, həm tikintinin yüksək keyfiyyətlə həyata keçirilməsinin təsdiqi barədə, həm də digər vacib çıxarışlar da verilir;

          — Bu MTK-nın fəaliyyəti ilə bağlı, digər bir xoşagələn həqiqət və reallıq ondan ibarətdir ki, ucaltdığı binalardan mənzil alan və buna sifarişçi olan yüzlərlə sakin və müştəri ölkə vətəndaşı arasında narazı kimsə yoxdur. Həm də rəhbərliklə hansısa problemi olan bir kimsə belə tapılmaz. Ən əsası, ona görə ki, əsas rəhbərinin ciddi tələbləri, “Abşeron — A 1”-in sakin və müştərilərinin şəxsiyyət və mülkiyyətlərinə qarşı qanunsuz hərəkətlər törədilməsinə heç vaxt imkan verməyib. Bu MTK-nı özlərinə iş yeri seçənlər, daim tikinti norma və qaydalarına da ciddi şəkildə riayət ediblər. Tikinti işləri başlanarkən, bu şirkətdə çalışan heç kəs sakinlərin həyatını təhlükəyə ata biləcək, dincliklərini pozacaq, ekoloji vandalizm törədəcək və əsəblərini korlayacaq hansısa təhlükəli hərəkət də etməyiblər. Elə, fəaliyyət göstərdiyi ötən illərdə olduğu kimi, indinin özündə də, qanun çərçivəsindən kənara çıxmayan hərəkətlərinə görədir ki, sakinləri buradakı rahat həyatlarını, əvvəllər olduğu kimi davam etdirə bilirlər;

FƏRHAD22 (1).jpg

         — İşçilərinə verdiyi hərtərəfli dəstəyinə görə həmişə fərqlənən rəhbərlik, həm də buna rəğmən daim minnətdarlıq qazanır. Tutduqları bu mövqelərinə və göstərdikləri xeyirli işlərinə görədir ki, rəhbərlikdəki şəxslərə hər kəs tərəfindən həmişə uğurlar arzulanır.

         Yaradıldığı gündən şəffaf fəaliyyətinə və humanist əməllərinə görə də fərqlənən  bu tikinti qurumu, hətta 44 günlük Vətən Müharibəsində aktivliyi ilə də seçildi. Məhz rəhbərliyinin bu xoşagələn əməllərinə görə də, bu MTK-nın işi daim tərifəlayiq yüksək səviyyədə durur.

         Yeri gəlmişkən, qeyd edək ki, “Abşeron — A1″in mayaları yüksək vətənpərvərliklə, halallıqla yoğrulan və özlərini gözəl insan kimi tanıdan rəhbər şəxsləri xalq üçün, Vətən üçün əllərindən gələni də əsirgəmirlər. Onlar qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostları olduqlarını da, öz xeyirxah əməlləri ilə, dəfələrlə sübut edib və onların heç bir müraciətini cavabsız qoymayıblar. Bir sözlə, öz səlahiyyətləri çərçivəsində, həmişə onlara hər cür köməklik göstərməyə hazır olublar;
                     
       — Sərfəli qiymət və şərtlərlə, keyfiyyətli tikinti materialları vasitəsi ilə, yüksək zövqlə inşa edib, ucaltdığı yeni tikililərdə alıcılarına həmişə yüksək keyfiyyətli mənzillər təklif edən bu MTK, fəaliyyət göstərdiyi illər ərzində öz etibarlılığı ilə də seçilib. Elə, 24 saat mühafizə olunması da, bu evlərin daha bir üstünlüyüdür. Üstəlik, yerləşdikləri kompleks ərazisində yüksək zövqlə aparılan abadlaşdırma işləri, burada müasir səviyyəli xidmət sahələrinin olması, sakinlərin rahatlığı üçün hər şeyin nəzərə alınması, mənzillərin işıq, qaz və su ilə daim təchiz edilməsi, modern yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, habelə, bu ərazidə yüksək səviyyəli avtodayanacaqların mövcudluğu, konkret desək, hər hansı problemin olmaması da, bu üstünlüyün digər xoş əlamətləridir. Məhz bu xoş əlamətlərə görədir ki, bu binalardakı mənzillərdə hər hansı problemdən söhbət gedə bilməz…
      
         Yuxarıda qeyd etdiklərimiz, “Abşeron — A1” MTK-nın, onun əsas və digər rəhbər şəxslərinin, eləcə də bütün işçilərinin alıcı və müştəri razılıqları ilə tamamlanan bütün işlərinin qısa təsvirli xülasəsidir. Öz növbəti araşdırmamızı da aparıb, sonda bir daha belə qənaətə gəldik ki, “Abşeron — A1” MTK-nın öz sakinlərinə və müştərilərinə göstərdiyi yüksək xidmətə görə, ölkənin tanınaraq seçilən və nümunə olaraq göstərilən tikinti şirkətlərindən birinə çevrilməsində haqq öz sözünü deyib. Belə olubdur deyə, şirkətin ucaltdığı gözəgəlimli yaşayış binalarından mənzil alan 500 nəfərdən çox vətəndaş arasında, narazılar da yoxdur.

         Sonda, bir daha qeyd etmək istəyirik ki, “Abşeron — A1”-də sakinlərə göstərilən nümunəvi xidmət artıq hər kəsə bəllidir. Bu barədə və buna rəğmən bütün yazılanlar, həm də ona bir işarədir ki, araşdırmalardan sonra, adı bizə məlum olan və bu ciddi işləri daim nəzarətində saxlayan əsas rəhbəri Bakir Babayevin, öz prinsipial iş üslubuyla “Abşeron — A1” MTK-nın işini yüksək səviyyədə qurması, yaraşıqlı çoxmərtəbəli binalar tikərkən, müxtəlif yönümlü bütün layihələri uğurla həyata keçirməsi, birbaşa, şəhər və qəsəbələrimizin abadlaşdırılaraq, daha da gözəlləşməsi üçün, tikilməsi vacib yeni yaraşıqlı və fundamental tikililərlə bağlı, dövlət rəhbərinin verdiyi ciddi tapşırıqlara hesablanıb.

Malik MİRZƏ,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.