1529166020_sonka.jpg

“Qızıl əl Sonka” ləqəbi ilə tanınan bu qadın cinayət aləminin ən məşhur qanuni oğrularından sayılır. Başqalarının hesabına varlanan Sonka bir çox xanımların ilham mənbəyi olub. Sonkanın davamçıları arasında Olqa fon Şteyn adlı qadın da vardı. Olqa bütün cinayətlərində Sonkanı təqlid edirdi. O, bir sıra düşünülmüş, hətta belə demək mümkünsə, savadlı oğurluqların müəllifidir.

Publika.az xəbər verir ki, Sonka Saxalində cəza çəkərkən, Avropa və Amerikada onun dəsti-xəttini xatırladan bir sıra cinayət işi baş verir. Cinyətkar yaxalananda məlum olur ki, bu Sofya Bek ləqəbli Olqa fon Şteyndir. O, hiyləsi və cazibəsi ilə varlı kişiləri özünə cəlb edir, sonra isə var-dövətlərini ələ keçirdirdi.

Bəs Olqa fon Şteyn kim idi?

Məşhur zərgərin qızı olan Olqa 1879-cu ildə Rusiyada doğulmuşdu. Olqa 25 yaşı tamam olanda atasının ən yaxın dostuna ərə gedir. Əri Olqadan 34 yaş böyük idi. Cütlük toydan sonra Sankt-Peterburqa köçür. Gənc qadın atası varlı olduğu üçün uşaqlıqdan gözəl geyinməyi və bahalı zinyət əşyalarını sevrdi. Ərinin pullarını da bu yolda xərcləyirdi. Ona görə də ailə dağılır. Olqa elə həmin il general fon Şteynlə ailə qurur. General kifayət qədər zəngin olmasa da, varlı insanlara yaxın münasibəti vardı.

General xanımı Olqa ərinin dostlarından borc istəməyə utanmırdı. Üstəlik pulları geri qaytarmırdı. Elə bu müddətdə Sofya Bek ləqəbli Olqanın kriminal fəaliyyəti başlayır. Günlər bir-birini əvəzlədikcə yeni qurbanları üçün tələlər düşünüb tapırdı. Qızıl ticarəti ilə məşğul olduğu vaxtlar alıcılardan ilkin ödənişi alır, sonra istədikləri qızılı vermədən, pulu geri qaytarmadan gözdən itirdi. Onu tapmağa heç kim cürət etmirdi. Çünki kifayət qədər möhkəm əhatəsi vardı.

Bir gün Sofya Bek tanışlarının hesabına varlanmaq qərarına gəlir. Olmayan varlı xalasından böyük miras qaldığını söyləyir. Lakin mirası öz adına keçirmək üçün kifayət qədər pulu olmadığını təəssüflə vurğulayır. Sofya hətta saxta teleqram da hazırladır. Dostları hiyləgər qadının nağılına inanıb, ona lazım olan pulu verirlər. Lakin məmur tanışı teleqramın saxla olduğunu sübut edir. General arvadı Olqaya cinayət işi açılır, və həbsə göndərilir. Zndanda hiyləsindən qalmayan qadın özünü xəstəliyə vurub, ev həbsi ilə cəzasını yüngülləşdirir.

Varlı məmur pərəştişkarlarının köməyi ilə Olqa Nyu-Yorka qaçır. Lakin polis onun yerini müəyyən edib ölkəyə qaytarır. 16 ay həbs cəzası kəsilir.

Ərinin ölümündən sonra Olqa baron Osten Sakenlə ailə qurur. Baronessa tituluna yüksəlib, yeni hiylə və oyunları ilə insanları müflis edir.

Yenidən həbs…

Bu müddətdə Sofya koloniyanın başçısı ilə eşq macərası yaşayıb, onun yardımı ilə qaçmağa nail olur.

Qadın yenə öz əməllərindən qalmır. Bir müddət sonra yenidən həbs olunur. Sofya Bekin sonrakı taleyi bəlli deyil. Bəziləri onun bazarda kələm satdığını, digərləri isə xaricə köçüb, varlı yaşadığını iddia edirlər.

araz.az xəbər portalı.