Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib.
Virtualaz.org-un regional müxbiri xəbər verir ki, İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: “Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.
araz.az xəbər portalı.