“Ümid ilə gəl” verilişinin canlı efirində gərgin anlar yaşanıb.
araz.az Olay-a istinadən xəbər verir ki, buna səbəb proqramda iştirak edən şikayətçi xanıma ailə üzvlərinin təzyiq göstərməsi olub.
Ekspert qismində oturan teleaparıcı Rövşanə Ağasəfqızı isə əsəbiləşərək bu fikirləri qeyd edib:
“Bəzi kişilərdə belə bir problem var – Qadını sıx, alçalt, əz, təhqir et, ayaqlar altına at… Qadın sözünü demək istədikdə isə “Sənin nə haqqın var?” deyib, əxlaq damğası yapışdıracaqlar. Mən bilmirəm, efir əxlaqsızlıq yuvasıdır ya nədir? Min hoqqa çıxarılan yerdən bəzilərinin heç xəbəri yoxdur, arvadlarından, qızlarından, bacılarından xəbəri yoxdur. Efir ictimai və milyonların gördüyü yerdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.