Dekabrın 22-də Masallı Mədəniyyət Mərkəzində “Sarəng” sənədli filminin nümayişi olub.
araz.az xəbər verir ki, “Masal prodakşn”ın istehsalı olan ekran əsəri tanınmış bəstəkar, şair, həkim, alim, pedaqoq Mirkazım Aslanlı Sarəngin həyat və yaradıcılığına həsr olunub.
Filmin nümayişində rayon ictimaiyyəti, ziyalılar, təhsil, mədəniyyət və tibb işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Masal prodakşn”ın baş direktoru, sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov açıb.
Baş direktor Mirazım Aslanlının 110 illik yubileyi ərəfəsində hazırlanan sənədli filmin ərsəyə gəlməsində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.
Sonra sənədli filmin nümayişi olub.
Nümayişdən sonra çıxış edən ziyalılar maraqlı ekran əsərinə görə “Masal prodakşn”a minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, “Sarəng” sənədli filminin İdeya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Musiqi tərtibatçısı Ruslan Zahidov, Diktor Gültəkin Cəfərova, Məsləhətçi Nurəddin Ədiloğludur.
Filmdə Mirkazım Aslanlı Sarəng rolunu Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev canlandırıb.
Ekran əsəri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/grIJYlqBD6o’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.