1529514376_1529469137_ramil5.jpg

“Erməni snayperinin atəşi nəticəsində çiyin nayihəsindən aldığım yara nəticəsində 11 dəfə əməliyyat olunmuşam. Əməliyyatları aparan həkimlərin verdiyi tibbi arayışlara görə, iş qabiliyyətimi itirmişəm. Bununla belə, nə müharibə əlili statusum var, nə də dövlətdən hər hansı təqaüd alıram”.

Moderator.az xəbər verir ki, bunu Ovqat.com-a Mingəçevir şəhər sakini Ramil Yadigar oğlu Süleymanov deyib.

Hazırda Mingəçevir şəhərinin “Vaqonlar” adlandırılan qəsəbəsində ünvansız mənzildə yaşayan Ramil Süleymanov 1977-ci il 1 iyul tarixində Ağsu rayonunun Nərimli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Gənc əsgərin hərbi həyatı isə xeyli keşməkeşli olub.

O, 1995-ci ilin iyulun 7-dən 1998-ci ilin 27 avqustuna qədər – ömrünün 3 ildən artığını hərbi xidmətdə başa vurub. Şəmkirdə “N” saylı hərbi hissədə başlayan əsgərliyi Gədəbəy və Daşkəsən rayonlarında döyüş xəttində keçib. Sıravi atıcıdır.

İnanmayacaqsınız, Ramil Süleymanov 3 illik əsgəri həyatının böyük hissəsini yaralı vəziyyətdə səngərlərdə düşmənlə üz-üzə keçirib. Hərbi xidmətə başlayandan cəmi 6 ay sonra – 1996-cı ilin 2 dekabrında erməni snayperinin atdığı güllə gənc əsgəri çiyin nayhihəsindən yaralayır. Dərhal Gəncə qospitalına aparılan əsgər burada ilk əməliyyatını keçirir. Əməliyyatdan bir neçə gün sonra hərbi hissəsinə qaytarılan Ramil Süleymanov yenidən öz müqəddəs vəzifəsinə – Vətənin keşiyində durmağa davam edir. Dediyinə görə, əməliyyatdan sonrakı ilk günlər posta çiyni sarğılı gedirmiş. Bir müddətdən sonra yarası çirk verdiyindən təkrar tibbi əməliyyata alınır. Yenə əməliyyatdan sonra eyni hadisələr təkrarlanır. Beləcə hərbi xidməti boyunca 8 dəfə əməliyyat olunan gənc əsgərin qospitaldan döyüş postuna get-gəlləri, nəhayət, 1998-ci ilin avqust ayının 27-də başa çatır. Hərbi xidmətdən tərxis olunan Ramil Süleymanov evə qayıdır. Amma onun əməliyyat kabusları bitmir.

1998-ci ildən indiyə qədər keçən 20 il ərzində Ramil Süleymanov daha 3 dəfə əməliyyat çarpayısına uzanır. Əsgərlikdən sonra ilk iki əməliyyatının nə zaman keçirildiyini tam olaraq xatırlamayan R.Süleymanov axırınci dəfə bu yaxınlarda bıçaq altına yatıb. Amma hələ də sağ qolunu itirmək təhlükəsini atlada bilməyib.

Əsgərliyinin ən böyük “xatirə”sini çiynində daşıyan Ramil bəyə bu əməliyyatlar ucuz başa gəlmir. Vaxtaşırı irinləyən sağ qolu ilə ən ağır işləri görən qəhrəmanımız usta yanında fəhlə işləyir. Qazanc yeri isə o qədər də geniş deyil. Xüsusilə son zamanlar tikinti sektorunda yaşanan tənəzzül Ramil Süleymanovdan da yan keçməyib. Nadir hallarda sifarişləri olur və fəhlələr arasında gedən amansız rəqabət onu daha ucuz işləməyə vadar edir. Beləcə, getdikcə ailə büdcəsi daralan Ramil bəy hər tibbi əməliyyat üçün 400-500 manatından keçməli olur. Başqa sözlə desək, dövlət bu adamın əməliyyat xərclərini belə, qarşılamır. O, səngərdə Vətənin keşiyində durarkən, təhlükəsizlik şəratində korrupsiya yoluyla milyonlar, milyardlar qazanan hər hansı məmurun qəlyanaltı pulu qədər olan 400-500 manatı Ramil bəyin tapması isə asan deyil. Dostdan, qohumdan aldığı borcla özünü müalicə etdirib ayaq üstə dayanmağa çalışan bu adam əməliyyatdan sonra borcunu qaytarmaq üçün ailəsinin boğazından kəsməyə məcburdur.

Ramil bəyin ailəsinin xərcləri isə az deyil. 2008-ci ildə ailə həyatı quran müharibə əlilinin 2 azyaşlı qızı var. Böyük qızı Zəhra 2010, kiçik qızı Aylin isə 2013-cü idə anadan olub. Zəhra balamız 2-ci sinifdə oxuyur. Dərslərdə göstərdiyi uğurlara görə Mingəçevir şəhər Təhsil İdarəsi tərəfindən fərxri fərmanla təltif olunub. Azərbaycan reallıqlarında bu istedadlı balamızın öz uğurunu davam etdirməsi üçün, sözsüz ki, ailənin öz büdcəsindən təhsilə pul ayırması da tələb olunur. Ramil bəyin sosial vəziyyəti isə bu barədə düşünməyə belə imkan vermir.
Erməni gülləsinə tuş gələn keçmiş əsgərin acınacaqlı güzəranı: Fəhləliklə ev dolandırır
Vətənin keşiyində öz sağlamlığlığını itirən Ramil bəyə nəinki ev, hətta bu evi öz məhdud imkanları ilə tikə biləcəyi torpaq sahəsi belə ayrılmayıb. O, Mingəçevirin Vaqonlar qəsəbəsi deyilən gözdən-könüldən uzaq güşəsində ailəsi üçün birotaqlı koma tikərək həyatını davam etdirir. Komasının şəraitsizliyindən heç danışmağa dəyməz. Üstəlik, “qanunsuz tikilidir” deyə, həmin komanın bir gün Süleymanovlar ailəsinin başına uçurulması istisna deyil. Müharibə əlili hər dəfə qapılarının ağzından keçən rəsmiləri görəndə qanunsuz ev tikməsinin böyük həyəcanını yaşayır. Şükür edir ki, heç olmasa bu talesizlik indiyədək başına gəlməyib. Amma sabah sürprizlə üzləşməyəcəkmi? Buna heç özü də əmin deyil.

əsgərlik edən və bunun 2 il yarımını ciyni sarğılı səngərdə Vətən qorumaqla keçirən Vətən oğlumuzun dövlətdən heç bir təqaüd də almamasının isə olduqca sadə səbəbi var: rüşvət verəcək durumda deyil. Belə olmasaydı, dəfələrlə rayonun müvafiq qurumlarına etdiyi müraciətlər cavabsız qalmaz, ya da inanılmaz arqumentlərlə rədd olunmazdı. Ona konkret olaraq “Sən Qarabağ əlili deyilsən”, – deyiblər. Niyə? Çünki erməni gülləsinə tuş gəldiyi 1992-ci ilin 2 dekabr tarixi atəşkəs vaxtına düşürmüş.

araz.az xəbər portalı.