“Ötən gün İran futbol komandasının İspaniyaya uduzmasından çox məyus olmuşam. İran futbolçuları rəqibdən güclü oyanyırdı, ancaq müsəlman ölkəsinə qarşı haqsızlıq etdilər”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib.
O, Dünya Çempionatında İran komandasına azarkeşlik etdiyini söyləyib:
“İran müsəlman dövlətidir. Çox istəyirdim ki, İran dünya çempionu olsun. Əgər İran çempion olsa, nəzir-niyaz verərəm, 10 baş qurban kəsərəm. Allaha and olsun ki, bunu edərəm. Dünənki oyuna görə də çox dilxor olmuşam. Sağ olsunlar, İran komandası çox gözəl oynayırdı, amma qalib olmağa imkan verilmədi”.
araz.az xəbər portalı.