Yeni baş nazir məğlubiyyətin məsuliyyətini Sarkisyanın komandasının üstünə atacaq
Ermənistanın yeni baş naziri Nikol Paşiyanın Moskvada Putin tərəfindən Azərbaycan prezidenti İlham Əliyevlə tanış edilməsi şərhçilər tərəfindən fərqli cür qarşılanıb.
Muxalifet.az xəbər verir ki, bəzi şərhçilər onun danışıqların indiyə kimi mövcud formatına qayıdacağını, bəziləri isə avantürist addımlar ataraq müharibəyə səbəb olacaqlarını düşünürlər.
Amma Paşinyanın altından yel verərək onun avantürist sayıqlamalarını gündəmin aktual məsələsi kimi dəyərləndirənlər də var. Rusiyalı şərhçi Stanislav Tarasov da belələrindəndir. “Regnum ”da bu məsələ ilə bağlı yazdı məqaləsində Tarasov iddia edib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında indiyə kimi gedən danışıqlar heç bir nəticə verməyib, buna görə də Tarasov sətiraltı ifadələrlə Qarabağdakı işğal reciminin tərəf kimi danışıqlar prosesinə qaytarıamasının vaxtının çatdığını iddia edir.
Təbii ki, Nikol Paşiyan bu kimi iddialara uyaraq “məxməri inqilab” eyforiyasının təsiri altında Qarabağın tərəf kimi danışıqlara qaytarılması barədə poppulist ifadələrini təkararlamaqda davam eləsə, bu, legitim şəkildə, dünya birliyinin dəstəyi altında Azərbaycanın müharibəyə başlamasına səbəb olacaq. Bu müharibənin necə nəticələnəcəyini isə əksər ekspertlər belə görür – Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlara nəzarəti itirəcək.
Erməniyönümlü rusiyalı hərbi ekspert Vladimir Yevseyev “rusarminfo” portalına verdiyi müsahibədə bildirib ki, əslində Paşinyan Qaraağ ətrafındakı rayonları bu yolla Azərbaycana qaytarmaq istəyir və bu cür poppulist çıxışlarla məsuliyyəti Xankəndidəki işğal reciminin, yəni konkert olaraq Bako Saakyanın təmsilçisi olduğu Qarabağ klanının üstünə atmaq istəyir:
“İndi başa düşmək çətindir ki, erməni tərəfi bu məsələdə hansı addımları atacaq, çünki Nikol Paşinyan və onun hökuməti tapmacadır. Paşinyanın Qərbə çox ümid bağlaması Ermənistan üçün pis zarafat ola bilər. Paşinyan Qərbin köməyini, onun Azərbaycana mümkün təzyiqlərini və özünün Ermənistandakı nüfuzunu lazım olandan artıq dəyərləndirə bilər, nəticədə güc komponenti ilə kifayət qədər möhkəmləndirilməmiş addımlar atar. Mən bunu nəzərdə tuturam ki, Paşinyan bufer zonasına daxil olan ərazilərin (ətraf rayonların) qaytarılmasına gedə, bu isə bütün Qarabağın itirlməsi ilə nəticələnər”,- Yevseyev deyib.
Əslində, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını Serj Sarkisyan da istəyirdi. Bu, Ermənistanı real məhvdən xilas edərdi, Türkiyə və Azərbaycanla sərhədlərin, dəmir yolu əlaqəsinin açılmasına imkan yaradardı. Amma Serj Sarkisyan nüfuzdan düşməsindən və hərbi çevrilişlə hakimiyyətdən salınmaqdan qorxurdu. Amma Sarkisyanı yıxmağı bacarmış Paşiyan, görünür, bunun da yolunu tapıb.
araz.az xəbər portalı.