Şanlı tariximizə düşən Vətən Müharibəsində bizə möhtəşəm qələbə bəxş edən şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir.
Xalqın qəhrəman övladlarının şücaəti, daim, dövlət səviyyəsində də yüksək qiymətləndirilir, şəhidlərimizin ruhuna ehtiramla yanaşılır, xatirələri uca tutulur. Paytaxt Bakının Nəsimi rayonunda da, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatından araz.az-a daxil olan məlumat da, yuxarıda qeyd olunanların, ürəkdən gələn sözlərlə daha bir ifadəsidir. Həmin məlumata görə, Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədrinin, rayon ictimaiyyətinin, partiya fəallarının və şəhidin ailə üzvlərinin iştirakı ilə, Vətən Müharibəsi şəhidi Hacırza Fikrət oğlu Rzayevin doğum günündə, onun əziz xatirəsi, bir daha, dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Göstərilən diqqət və qayğıya görə, şəhidin ailə üzvləri, onlara öz minnətdarlıqlarını çatdırıblar.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.