Ermənistan Hindistan və digər ölkələrdən silah-sursat tədarük edərək, orudusunu gücləndirməyə çalışır. Bu isə o deməkdir ki, Ermənistanın sülh müqaviləsi barədə düşünmək fikri belə yoxdur. Azərbaycan və Türkiyəyə qonşu olan terrorçu dövlət Ermənistanın silahlanması, qonşularına təhdid hesab edilə bilərmi?
araz.az bildirir ki, Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bizimyol.info xəbər portalına açıqlamasında, Ermənistanın 1991-ci ildə müstəqilliyini elan edərək, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan dövlət statusuna malik olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, bir dövlətin potensial terrorçu dövlət adlandırılması beynəlxalq hüquq çərçivəsindədir.
Hasan Oktay
“Almaniya İkinci Dünya Müharibəsini uduzduqdan sonra ordusunu dövlətə çevirdi və dediyim kimi, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququ çərçivəsində reallaşdı. Hazırda bir dövləti terrorçu dövlət elan etməklə tərksilah etmək, ordusunu ələ keçirmək mümkün görünmür. Hindistan və Avropa Birliyi dövlətlərinin Ermənistana silah satması da milli qanunvericilik çərçivəsində gündəmdədir. Eyni iradları İran da Azərbaycan üçün tutur”,- deyə Oktay qeyd edib.
Onun sözlərinə görə, bu hüquqi məsələdən daha çox siyasi mövqedir. “Burada vacib olan Ermənistanı sülhə məcbur etməkdir. Hazırda Paşinyan daxili ictimai rəyə və müxalifətə nəzarət etmək üçün silaha əl atır. Digər tərəfdən Aİ ilə əlaqə saxlayaraq sülhməramlı qüvvə adı altında sərhədlərini qorumağa çalışır. Rusiya isə Paşinyanı əldən verməmək üçün mütəmadi olaraq döyüş kartını ortaya qoyur. Ermənistan daha Qarabağda Rusiyanın himayədarlığını saxlamaq istəmir. Rusiya ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Azərbaycan isə Rusiya ilə üz-üzə gəlmək istəmədiyi üçün Ermənistana lazım gələrsə, müharibə edəcəyini bildirir. “Bu məqamda diplomatiya hərəkətə keçməli və Türkiyə-Ermənistan-Azərbaycan danışıqları başlamalıdır, çünki bölgəyə gələcək yeni aktorlar müharibə tərəfdarları kimi bölgədə münaqişənin olmasını istəyirlər”,- deyə Oktay qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.