1673618890_1673618198_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg

“Muğanbank” ASC sığrota bazarının əsas oyunçularından olan “Azsığorta” ASC-ni məhkəməyə verib.

araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
“Muğanbank” ASC “Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilir. Bankın səhmdarları aşağıdakı şəxslərdir:
Mehtiyev Elmir Maqbet oğlu – 67,74 %
Mehtiyev Maqbet Rəhim oğlu- 11,58 %
Vəliyeva Vəfa Əhməd qızı – 10,65 %
Mehtiyeva Fəridə Cahandar qızı -10.03 %
Elmir Mehtiyev Əhməd Vəliyevin kürəkənidir, Vəfa Mehtiyeva onun qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır.
“Azsığorta” ASC-yə gəlincə, şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
“Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.