putin kreml 1100 1024x652

Rusiya prezidentinin keçmiş müttəfiqi iddia edir ki, Putin tezliklə istefaya gedəcək, səbəb isə devriləcəyindən və öldürüləcəyindən qorxmasıdır…

araz.az PİA.az -a istinadən xəbər verir ki, cümə günü Britaniyanın “Daily Mail” qəzeti Rusiya prezidenti Putinlə bağlı maraqlı iddia dərc edib. Qəzet Putinə yaxın mənbəyə istinadən idda edir ki, prezident bu il seçdiyi varisini elan edəcək.

Nəşr qeyd edir ki, bu, Rusiya prezidentinin populyarlığının Ukraynadakı müharibədə dəfələrlə baş verən hərbi uğursuzluqlar səbəbindən aşağı düşməsindən sonra baş verir.

Putinin keçmiş müttəfiqinin fikrincə, Kremlin sahibi Qəddafi və digər diktatorların başına gələnlər kimi, ona qarşı da çevriliş riskinə düşməkdənsə, hakimiyyəti seçdiyi varisə ötürmək və təqaüdə çıxaraq Qara dəniz yaxınlığındakı sarayında dincəlməyi seşəcək.

Bundan başqa, mənbə Putinin hakimiyyətdən əl çəkməyə hazır olduğunu, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara getməyə çalışacağını və həmçinin 2024-cü ildə keçirilməsi planlaşdırılan seçkilərə qatılmayacağını iddia edib.

Putinin keçmiş müttəfi qeyd edib ki, Rusiya prezidenti yəqin ki, Moskva meri Sergey Sobyanin, baş nazir Mixail Mişustin və ya onun Baş Qərargah rəisinin müavini Dimitri Kuzak kimi sadiq adamlarından birininin üzərində dayanacaq.

Putin qorxur

“Vaqner” muzdlu dəstəsinin sahiblərindən biri olan Yevgeni Priqojinin yüksəlişi Putini əsəbiləşdirib. Müharibə başlayandan bəri Priqojin daha çox güc və resurs uğrunda mübarizə aparır ki, bu da onun Putini kənarlaşdırmaq arzusunu göstərir.

Mənbə bildirib ki, Putinin yorğun aparatı Priqojinin addımlarını izləyir və bir gün onların arxasınca muzdluları ilə birlikdə Kremlə gələcəyindən qorxur.

O, əlavə edib ki, Putin yenidən namizədliyini irəli sürərsə, həqiqətən də seçilməyə bilər. Putin seçkilərin nəticələri saxtalaşdırmağa çalışacaq, lakin bu, sistem üçün çox risklidir. Hətta o, seçkilərdə qalib gələ bilsə belə, bir müddətdən sonra istefa verib etibarlı bir adamını prezident vəzifəsinə gətirə bilər. Lakin bütün hallarda Putin Ukrayna və Qərblə danışıqlar aparmaq məcburiyyətində qalacaq.

Narazılıq artır

Bu ayın əvvəlində britaniyalı hərbi ekspertlər hesab edirdilər ki, Putin Ukraynadakı vəziyyəti yaxşılığa doğru dəyişə bilməsə, yaxın iki ayda Rusiyada inqilab ola bilər.

“Ruslar Ukrayna şəhərlərini atəşə tutmaqla və çoxlu sayda ukraynalı əsgərləri öldürməklə Ukraynanın müqavimət iradəsini zəiflətməyə çalışırlar”, deyən ekspertlərdən biri qeyd etmişdi ki, Rusların qüvvələrini tükətmək mümkündür.

“Beləliklə, biz müəyyən mənada potensial olaraq genişlənə biləcək bir növ tükənmiş müharibəsi içərisindəyik”, deyə mənbə vurğulamışdı.

“Putin irimiqyaslı itkilərin Moskva və Sankt-Peterburq kimi şəhərlərə təsir edə biləcəyindən olduqca narahatdır və buna görə də o, əsgərləri Sibir kimi bəzi periferik bölgələrdən yığır”, deyə, ekspert fikrini davam etdirib: “Mən bu periferik ərazilərin bəzilərində görünməmiş vətəndaş etirazlarının baş verdiyini görmüşəm. Onlara çox diqqət yetirilmir, çünki Rusiyadakı media bunu demək olar ki, işıqlandırmır”.

Tərcümə PİA.az-a aiddir

araz.az xəbər portalı.

araz.az xəbər portalı.