IMG 20230118 WA0007 copy 800x600
   “Nar”, 2023-cü ildə də, nitq və eşitmə məhdudiyyətli insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətindəki layihələrini davam etdirir. Belə ki, mobil operator artıq 4-cü dəfədir ki, “Təlim Məktəbi” layihəsi çərçivəsində bu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün, peşə təlimləri təşkil edir.

         Bu barədə, “Nar”dan araz.az-a daxil olan məlumatda bildirilir ki, missiya çərçivəsində, həmin gənclər üçün, əmək bazarında daha çox tələbat olan manikür ustalığı təlimləri keçirilir. Ümumilikdə, 3 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 10 gənc iştirak edir. Təlimlərin sonunda isə, iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq.

         Məlumata görə, “Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir. Məlumatda o da qeyd edilir ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində,  “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.

        Ümumiyyətlə, hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar”, son 3 ildə, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Bu mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq, sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

IMG 20230118 WA0004 copy 800x600
araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.