erdogan-micokatisjpg-1613061781.jpg

Türkiyə prezidenti Ərdoğanın bir neçə gün əvvəl Yunanıstana xəbərdarlığına cavab gəlib.

araz.az  Mia.az -a istinadən  xəbər verir ki, Ərdoğanın yunan tərəfinə, daha dəqiqi, Baş nazir Kiryakos Miçotakisa xitabən belə demişdi: “Anlaşmaları pozmaq üçün hər yolu sınayırlar. İçəridən biriləri də dəyirmana su daşıyır. Dialoqda irəliləyiş də vardı, amma hər şey geriyə getdi. İndi biz müdafiə gücümüzün 80 faizini özümüz təmin edirik. Yeni pualar, raketlər istehsal edirik. F-16-ların daşıdığı raketləri də kütləvi istehsal edəcəyik. Yunan nə deyir? Deyirlər, bu çılğın türklər nə edir? İzmirdə sınaqlar etdik. Oradan atılan bir raket bunlar hürkütdü. Mən də deyrəm ki, ey Yunan, dinc durduğu müddətdə, səninlə işimiz yoxdur…”.

Bu açıqlamaya isə dünən Davosda Yunanıstanın Baş naziri Kiryakos Miçotakis cavab verib. O bildirib ki, üç ildir Türkiyə ilə ciddi problem yaşayırlar.

Jurnalistin “Meis adasına təhlükə varmı” sualını cavablandıran Baş nazir bildirib ki, Türkiyə ilə Yunanistan arasındakə təməl problem Ege və Şərqi Aralıq dənizlərindəki yetki sərhədləri ilə bağlıdır: “Türkiyə ilə bu problemi həll etməyimiz lazımdır. Ege dənizinin coğrafi quruluşu elədir ki, bu məsələyə kompleks yanaşaraq həll etməliyik. Necə ki, oxşar problemləri İtaliya və Misirlə anlaşmalarla həll etdik”.

Miçotakis daha sonra deyib ki, Yunanıstan Türkiyə ilə savaşa girmək niyyətində deyil: “Bir-birimizi təhdidə, hava sərhədini pozmaq və sair kimi təxribat xarakterli hərəkətlərə ehtiyac yoxdur. Zamanında Ərdoğanla çox söhbətimiz olub, çox çətin vaxtlarımız olsa da, onuna problemlərin həllinin imkansız olduğunu düşünmürəm”.

Xatırladaq ki, Ərdoğan Miçotakisi nəzərdə tutaraq “Nə qədər ki, o, Baş nazirdir, Yunanıstanla hər hansı bir danşıq olmayacaq, bitdi” xəbərdarlığını da edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.