“Rusiya Xolokostdan Ukraynaya qarşı təcavüzünə haqq qazandırmaq üçün istifadə etməyə cəhd edir”
“Belə paralellər tamamilə yersizdir, Xolokost illərində məhv edilən altı milyon yəhudinin xatirəsinin təhqir olunmasıdır…”
“Rusiya qonşu suveren ölkəyə hərbi müdaxilə edir, ölkəni və Ukrayna xalqını məhv etmək məqsədini açıq ifadə edir…”
27 yanvar Xolokost qurbanlarının Beynəlxalq xatirə günü ərəfəsində Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Rusiya xarici işlər naziri Sergey Lavrovu bu yaxınlarda onun nasist Almaniyasının cinayətləri ilə Ukraynaya beynəlxalq yardımla müqayisəsinin antisemit xarakterində ittiham edib.
araz.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşri məlumat yayıb.
Borrelin sözlərinə görə, Rusiya rejiminin Ukraynaya qarşı öz qanunsuz təcavüzkar müharibəsinə haqq qazandırmaq naminə tarixi həqiqətlə manipulysiya etməsi özünün “qəbuledilməz və iyrənccəsinə aşağı nöqtəsinə çatıb”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi deyib ki, belə şərhlər “tamamilə yersizdir, hörmətsizlikdir və Xolokost illərində şüurlu surətdə məhv edilən altı milyon yəhudi və digər qurbanların xatirəsinin təhqir edilməsidir”.
“Bu, nazir Lavrovun əvvəlki antisemit çıxışlarını tamamlayır, – Borrel əlavə edib. – Nasist Almaniyasının cinayətləri ilə Ukraynaya ərazisi və xalqının haqsız təcavüzündən müdafiə edilməsində beynəlxalq yardım arasında paralellər yoxdur”, – Avropa xarici əlaqələr xidməti Borrelin sözlərindən iqtibas gətitrib.
“Rusiya qonşu suveren ölkəyə hərbi müdaxilə edir, hər gün orada dinc sakinləri qətlə yetirir və ölkəni və Ukrayna xalqını məhv etmək məqsədini açıq ifadə edir.
Xolokostun inkar, təhrif edilməsi və sadələşdirilməsi Avropa İttifaqının qanunvericiliyinə və dəyərlərinə ziddir. Avropa İttifaqı birmənalı olaraq öz üzərinə belə vəhşiliklərin təkrar olunmasına yol verməmək öhdəliyi götürüb”, – Borrel deyib.
“Müasir Avropa Xolokostun külü üzərində qurulub, – Borrel xatırladıb. – Bu, Avropa tarixini müəyyən edən dəhşətli irsdir”.
Bundan öncə Avropa Yəhidu Konqresi, İsrailin Xarici İşlər Nazirliyi, Ukraynanın İsraildəki səfiri də Lavrovun bəyanatını pisləyib.
“Rusiya bizim ərazimizdə soyqırım həyata keçirir, məqsədyönlü şəkildə dinc sakinlərimizə zərbələr endirir. Rusiya Ukraynada qəddar təcavüzü və dəhşətli hərbi cinayətləri ilə özünü demokratik dünyadan təcrid edir”, – ukraynalı səfir bəyan edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.