fed4.jpg

“Necə ola bilər ki, mən manısın fanatı ola bilərəm?! Mən musiqiçiyəm, konservatoriya bitirmişəm, böyük sənətkarımız Arif Babayevdən muğam dərsi, xalq artisti Şəfiqə Məmmədovadan səhnə və nitq mədəniyyəti, Teymur Əmrahdan vokal dərsi almışam. Ümumiyyətlə uşaq yaşlarımdan Əbülfət Əliyevə, Şövkət Ələkbərovaya, Qulu Əsgərova, Rübabə Muradovaya qulaq asmışam, onları dinləmişəm. Bunları saymaqla qurtarmaz. Tacir onların yanında kimdir axı?! O manısdır! Mən necə manısın fanatı ola bilərəm ki?”

araz.az-ın xəbərinə görə, bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni İlahə Fəda deyib. “Özü o vaxt efirdə dedi ki, mən konservatoriyaya getdim, Fərhad Bədəlbəyli məni oradan qovdu. Mən də deyirəm ki, Fərhad Bədəlbəyli onu yaxşı qovmayıb. Onu nəinki konservatoriyadan, gərək Bakı şəhərindən qovardı. Fərhad Bədəlbəyli onu Üzeyir bəyin yaratdığı musiqi ocağından qovub! Bu o deməkdir ki, Tacir musiqi dünyasından qovulub! O mikrobdur, düşüb musiqinin canına. Ümumiyyətlə bilmirəm ki, bu adam məndən nə istəyir?! O yazvadır, yazva! Görür ki, adı it dəftərində yoxdur! Adam nə qədər yaşına, kişiliyə yaraşmayan hərəkət edər?! İstəyir ki, gündəmə gəlsin, onda da mənim adımı çəkir. Ay bala, sən hara, mən hara?! Mən ali savadlı, Azərbaycan musiqisinə düzgün xidmət edən ifaçıyam, musiqiçiyəm. Sən get toylarını oxu da! Mənimlə nə işin var?! Mənim səviyyəm hara, səninki hara?!” deyə sənətkar bildirib.

“Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürsünüz?” sualına isə İlahə Fəda belə cavab verib.

“Xeyr, onu və dediklərini ciddiyə almıram. Heç ağlıma da belə bir şey gəlmir, siz dediniz indi. Hüquq-mühafizə orqanlarını, onların vaxtlarını bu cür mənasız adam üçün məşğul etmək istəmərəm. Hüquq-mühafizə orqanları qoy bizim xalqımızın keşiyində dursunlar, cinayətkarları aşkarlasınlar ki, biz rahat yaşayaq. Tacir kimdir ki, hüquq-mühafizə orqanları ona vaxtlarını sərf etsin?! Buna qətiyyən dəyməz” deyə müğənni bildirib.

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu ötən həftə “Şou-xəbər” verilişinə açıqlamasında İlahə Fədanı fanatı adlandırmışdı.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.