sefer-mehdiyev.jpg

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”‘ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

Hələlik Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bu təyinatadək Bakı Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov olub. İ. Hüseynov bu gün Dövlət Gömrük Komitəsinin sədrinə birinci müavin təyin edilib.

***

Dövlət Gömrük Komitəsində maraqlı bir yerdəyişmə baş verib. Heç 1 ay deyil ki, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan İsmayıl Hüseynov (May ayının 29-da bu vəzifəyə təyin olunmuşdu-red.) bu gündən etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini kimi fəaliyyətə başlayıb.

İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunması və birinci müavin təyin olunması barədə sərəncamlar rəsmən elan olunmayıb. Lakin bu dəqiqdir ki, İ.Hüseynov Bakı Baş Gömrük İdarəsini tərk edib və Gömrük Komitəsində işə çıxır.

Bakı gömrüyünə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib. Bəzi məlumatlara görə bu vəzifəyə Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov təyin olunub. Lakin Bakı Baş Gömrük İdarəsindəki mənbələr onun hələ ki, işə çıxmadığını bildirirlər.

Xatırladaq ki, may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin məşhur rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürüldükdən sonra Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Bakı gömrüyünə rəis gətirilmişdi.

İ.Hüseynovun belə qısa müddətdən sonra Gömrük Komitəsində ikinci posta irəli çəkilməsi maraqlıdır və Komitə sədri Səfər Mehdiyevin ona böyük etimadından xəbər verir.

Qeyd edək ki, İsmayıl Hüseynovun Gömrük Komitəsi sədrinin birinci müavini təyin olunması barədə məlumatı ilk dəfə Unikal.org saytı verib.

V.Nəsibov
AzPolitika.info

araz.az xəbər portalı.