israyil-qiricilari.jpg

İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında silah-sursat göndərib. Bu dəfə də fürsəti qaçırmadı və Suriyaya humanitar yardım adı altında silah göndərdi. İsrail yəqin ki, buna sərt cavab verəcək.

araz.az bildirir ki, bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev İranın humanitar yardım adı ilə Suriyaya silah-sursat göndərməsi barədə İsrailin açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, göndərilənlərin hərbi yük olması müəyyən ediləcəyi təqdirdə havadan vurulacağı istisna etməyib:

“İsrail Tehranın həmin qruplara hərbi sursat göndərdiyini təsbit edərsə, İran daxilindəki hərbi obyektlərə də zərbələr endirə bilər. İranın öz daxilində hərbi obyektlərin vurulması və yüksək rütbəli şəxslərinin sui-qəsdlə məhv edilməsi də mümkündür”.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.