1530477144_36242407_2300517246625900_1185790657394900992_n.jpg

Dünən Azərbaycanda Rusiya Dövlət Dumasının rəsmisinin “Qarabağ və ətraf 7 rayon Azərbaycana qaytarılmalıdır” bəyənatı həm dünya, həm də erməni siyasətçiləri tərəfindən maraqla qarşılanıb.

Hələlik Rusiyanın bu günkü mövqeyinə siyasətçilər tərəfindən mövqe bildirillməsə də, Qafqazada maraqlı situasiyanın başlandığı haqda düşünməyə əsas var.

Rusiya Duması komitəsi sədrinin müavini Dmitri Savelyevin “Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hər hansı şərt olmadan Azərbaycana qaytarılmalıdır. Ermənistanın blokadada olması məhz Dağlıq Qarabağ münaqişəsi ilə şərtlənib. Buna görə ölkəni dərin iqtisadi böhran bürüdü. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti hələlik bunu başa düşmür”, bəyənatını tanınmış tarixçi alim, Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini Dilavər Əzimli Miq.Az saytına belə şərh edir:

Bu bəyanat real vəziyyəti əks etdirir. Yəni, Ermənistanda iqtisadı böhran göz qabağındadır. Elə bunun nəticəsi idi ki, Serj Sərkisyan istefaya getdi. Amma vəziyyət getdilcə ağırlaşmaqda davam edir. Rusiyadan bu cür bəyanatlar səsləndirilməsi həm də Azərbaycana yönəlik mesajdir. Bizdə də rusiyapərəst saytlar işə düşəcəklər ki, bəs, Rusiya bizim xeyrimizə Ermənistanı sülh müqaviləsi imzalamağa çalışır. Mən şəxsən bu cür bəyanatlara ciddi əhəmiyyət vermirəm. Çünki bu cür bəyantalar Rusiya xarici işlər nazirliyinin rəhbərliyi tərəfindən səsləndirilmir. Təbii ki, Ermənistan Azərbaycan ərazilərini Rusiya hesabına işğal edibdir və Ermənistanın pultu Kremlin əlindədir. Kreml o pultu bacarsa, Ermənistan işğal edilən Azərbaycan ərazilərindən rədd olub gedəcəkdir. İndiki zamanda bunun bizim xeyrimizə baş verməsinə inanmıram. Rusiya özü iqtisadı böhran içərisində çabalayır. Ermənistana iqtisadı yardımlar edə bilmir. Bundan əlavə, Azərbaycanın iqtisadi və hərbi gücü artmaqdadır. Qardaş Türkiyə də regionda regional dövlətə çevrilməkdədir. Bütün bu amillər Ermənistanı qorxuya salır və Rusiayanın dili ilə mesajlar verilir. Hesab edirəm ki, Azərbaycan mövqeyini daha da sərtləşdirməli və müharibə hazırlığını artırmalıdır. Ermənistan yalnız Azərbaycanın diqtəsi altında sülh müqaviləsi imzalamağa məcbur edilməlidir.”

Dünən Cocuq Mərcanlı kəndində konfrans keçirən və tədbir başa çatdıqdan sonra Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, ictimai xadim Maksim Şevçenko və məşhur hərbi ekspert İqor Korotçenko Lələtəpə strateji yüksəkliyinə qalxdılar.

Maraqlı orasıdır ki, konfrans iştirakçıları bu mövqelərdə xidmət göstərən Azərbaycan SQ şəxsi heyəti ilə görüşüblər, hərbi növbətçilik şəraiti ilə tanış olublar, həmçinin hərbçilərin kazarmalarında olublar. Görüşün sonunda rusiyalı deputatlar və ictimai xadimlər azərbaycanlı əsgərlərinə uğurlu xidmət arzulayan Rusiya rəsmilərinin Lələtəpədən Qarabağ bəyənatı vermələri də düşündürücüdür. Bu bəyənatı Miq.Az saytına tanınmış politoloq Elxan Şahinoğlu belə şərh edir:

“Bizi inandırmağa çalışırlar ki, Rusiya Azərbaycanın dostu, hətta qardaşıdır. Hətta tarixdə Rusiya imperiyasının, ardınca SSRİ-nin və müstəqil Rusiyanın Azərbaycan torpaqlarını parça-parça necə Ermənistana ötürdüyünü, azərbaycanlıların Ermənistandan köçürülməsinə dəstək verdiklərini, nəhayət Dağlıq Qarabağın separatçıların əlinə keçirilməsi üçün canfəşanlığını unutsaq belə, iddia edildiyi kimi Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarət yoxdur. Əlbəttə, bir qrup rusiyalı ekspert var ki, Rusiyanın Azərbaycanın yanında olduğunu iddia edir, Cocuq Mərcanlıya səfər edərək Azərbaycan lehinə açıqlamalar verirlər. Sağ olsunlar, heç olmazsa Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var. Ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib: “Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur”. Yalnız KİV-mi? Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək erkəndir. Ancaq bu o demək deyil ki, bu mərkəzlərlə iş aparılmamalıdır. Bütün hallarda rusiyalı ekspertlərin və deputatların Lələ Təpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirirəm. Amerikanları və avropalıları həmin yerlərə gətirmək lazımdır.”

Tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu da rusların son Qarabağ bəyənatını Miq.Az-a şərh edərkən bildirdi ki, bu şeytanların Ermənistanın yeni hakimiyyəti ilə haqq- hesabları var, amma Azərbaycanı oyuna qatmaq istəyirlər. Bakı Rusiyanın bu avantürasına getsə, uduzacaq:

“Ruslar zaman-zaman Azərbaycanın əleyhinə işləyiblər. Çox güman ki, rus deputatlarının Cocuq Mərcanlıya səfərləri, hətta əsgərlərimizlə görüşləri belə yalnız öz maraqlarına xidmət edir. O maraq ki, Paşinyan hakimiyyəti ilə Putin arasında gərginliyin nə vaxtsa haqq-hesabına köklənib. O ki, qaldı bəyənatın səmimiliyinə, buna inanmaqdan söhbət gedə bilməz. Əlbətdə bu, mənim fikrimdir”-deyə ekspert bildirdi.

“Əgər xatırlayırsınzsa, Ermənstanda hakimiyyət dəyişən gün Rusiya Təhlükəsizlik Xidmətinin rəhbəri Patruşev Bakıya ezam edildi. O, ölkmizin dövlət başçısı ilə görüşdü. Heç şübhəsiz, Patruşev Bakıya əliboş gəlməmişdi. Məqsədləri cəbhədə gərginlik yaratmaqla Ermənistanda demokratik inqilabı beşiyndəcə boğmaq idi. Hadisələrin gedişi göstərdi ki, rəsmi Bakı bu oyunu anladı və ona getmədi.

İşğalçı Rusiyanı heç də Azərbaycan torpaqları maraqlandırmır. Getdikcə onun avtoritar rejimi ətrafında həlqə daralır. Artıq iki Cənubi Qafqaz ölkəsi, demək olar ki, Rusiyanın nəzarətindən çıxıb. Məqsəd sarkisyan rejimini başqa şəxsin rəhbərliyi altında bərpa etməkdir.

Düzdür, artıq bir neçə onilliyin münaqişəsini tez bir zamanda həll etmək çətindir. Bunu maksimum itkisiz həyata keçirmək olar. Münaqişənin sülh yolu ilə həlli isə münaqişə tərəflərinin demokratik inkişaf yolundan keçir. Rusiyanın istənilən bəyanatı onun velikoros məqsədlərinə xidmət edir. Əgər Rusiyanı bizim ölkəmizin ərazi bütövlüyü narahat edirsə, gedib işğal etdiyi Krımı Ukraynaya qaytarsın. Əslində, Qarabağı da Rusiya işğal edib. Kim Ermənistanın belə hərbi gücə malik lduğuna inana bilər?”

Ərşad Əhədzadə
Miq.Az

araz.az xəbər portalı.